Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları” mövzusunda konfrans keçirilib.
ONN media xəbər verir ki, konfransı açan Baş nazirin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov ənənəvi olaraq hər il keçirilən konfransın əhəmiyyəti barədə danışıb.
Son illər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji, nəqliyyat layihələrinin ölkəmizə yeni dividentlər gətirdiyini qeyd edən Baş nazirin müavini bu layihələrin xalqımızın rifah halının yaxşılaşmasına xidmət etdiyini diqqətə çatdırıb.
Konfransda çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov bildirib ki, düşünülmüş strategiyasız iqtisadi sahədə uğur qazanmaq, eləcə də güclü iqtisadi dayaqlar olmadan siyasi sahədə ciddi nailiyyətlər qazanmaq mümkün deyil.
C.Qurbanov bildirib ki, Azərbaycanda nəqliyyat sektorunun inkişafı istiqamətində böyük işlərin görülüb: "Ölkədə müasir logistik şəbəkə qurulub, respublikanın geniş tranzit imkanlarından səmərəli istifadə olunması istiqamətində işlər davam etdirilir".
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ölkədə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft-qaz strategiyasından danışıb.
“Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanmasını böyük tarixi hadisə adlandıran X.Yusifzadə Azərbaycanda iki milyard ton neft hasil olunmasının təntənəli şəkildə qeyd edildiyini xatırladıb.
Konfransda YAP rəhbərliyi, hökumət üzvləri, deputatlar və digər rəsmilər iştirak ediblər.
Tədbir bədii hissə ilə davam edib.



İlham Əliyevin yenidən prezident seçilmək şansı yüksəkdir- ƏLİ ƏHMƏDOV
YAP-ın yeni sədr müavini kollektivə təqdim olundu
Əli Əhmədov ABŞ-a getdi
COP29-un Bakı üçün müsbəti nədir?
“Yaşıl iqtisadiyyat”ın inkişafı əsas prioritetlərdəndir - Qurbanov
Ağdamda beynəlxalq konfrans başladı
Bakıda deputatın təşəbbüsü ilə beynəlxalq konfrans başlayıb
Astanada Qazaxıstanın Birinci Prezident Günü münasibətilə beynəlxalq parlament konfransı keçirilib
YAP və AKP konfrans keçirir
Azərbaycan-Braziliya enerji əməkdaşlığı müzakirə edilib
İcra başçısı özünə yeni müavin təyin etdi
YAP-ın Təftiş Komissiyasının iclası keçirildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 