ONN İnformasiya Agentliyi

Binəli Yıldırım və Oqtay Əsədovdan ermənilərə qarşı inanılmaz addım

Binəli Yıldırım və Oqtay Əsədovdan ermənilərə qarşı inanılmaz addım
10-10-2018, 12:40


Avrasiya ölkələri parlament sədrlərinin Antalya şəhərində keçirilən üçüncü görüşündə Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanovun çıxışı qalmaqala səbəb olub.

ONN media Publika-ya istinadla xəbər verir ki, Şarmazanov qondarma “erməni soyqırımı” və işğal etdikləri Dağlıq Qarabağla bağlı iddialar irəli sürüb.

O, çıxışında bildirib ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “parlamentinin təmsilçiləri” də bu toplantıda iştirak etməlidir.

Bu iddialara cavab verən Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov erməni işğalını və Ermənistanın bir dövlət kimi terrorizm meyillərini faktlarla dilə gətirib.

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım da erməni nümayəndə heyətinin cavabını verib.

E.Şarmazanov tolantıdan sonra iddialarını yenə də davam etdirib. O, “regnum” agentliyinə bildirib ki, iclasda ingilis dilində çıxış edirdi.

“Mənə erməni dilindən tərcümə edə biləcəklərini dedilər, lakin mən ingilis dilində çıxış etdim. Çünki fikirlərimin təhrif oluna biləcəyindən qorxdum”, - deyə o, absurd iddialar səsləndirib.

Ermənistan nümayəndə heyətinin toplantının sonunda Birgə Bəyannamənin səsləndirildiyi iclasa qatılmaması da diqqətdən yayınmayıb.

Türkiyə mediasının “Antalyada Ermənistan böhranı” başlığı ilə verdiyi xəbərlərdə Azərbaycan və Türkiyənin erməni nümayəndə heyətinin cavabını layiqincə verdiyi qeyd olunur.

 

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png