Azərbaycan Qara dəniz regionunun gələcək rifahına qətiyyətlə inanır və bu gələcəyin yalnız yaxşı qonşuluq, qarşılıqlı hörmət, humanizm və tolerantlıq əsasında qurulmasından heç bir şübhəsi yoxdur.
ONN media Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 14-də Bakıda keçirilən QDİƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında çıxışı zamanı deyib.
O bildirib ki, regional əməkdaşlıq üçün, xüsusilə də QDİƏT məkanında, ən böyük maneələr həll olunmamış münaqişələrdir:
“Azərbaycan və Ermənistan üçün bu Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan torpaqlarının hərbi işğalı həll yolu deyildir və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək.
Azərbaycanın əsas mövqeyi QDİƏT nizamnaməsində də təsdiq edilən beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə əsaslanır.
Hələ də davam edən işğalçılıq və özünü təcrid siyasəti Ermənistanı həmçinin regionda iqtisadi artım və ticarət potensialından məhrum edir. Bu, həmçinin bir-birimizin suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etməklə ümumi regional ticarət qurmaq səylərimizə xələl gətirir.
Biz ümid edirik ki, bu ölkənin xalqının mandatına əsasən Ermənistanda yeni bir hökumət formalaşdıqda, gələn il irəliləyiş əldə etməliyik və bölgəyə sülh, sabitlik və tərəqqi gətirmək üçün yaxşı imkan yaratmalıyıq”.



Elmar Məmmədyarov: "Danışıqlar əbədi davam edə bilməz"
Çavuşoğlu Azərbaycana səfər edəcək
Məmmədyarov İsveçin Xarici işlər naziri ilə görüşüb
Bu ölkə QDİƏT-in 13-cü üzvü olacaq
QDİƏT PM-in 53-cü Baş Assambleyası Bakıda keçiriləcək
Elmar Məmmədyarov Baş Beynəlxalq Böhran Qrupunun prezidenti Robert Maley ilə görüşüb
Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın roluna xüsusi ümidlər bəsləyirik - Nazir
İlham Əliyev: Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
Paris görüşü ümidlərimizi artırır - Tural Gəncəliyev
Ukraynadakı vəziyyət ciddi narahatlıq doğurur
Türk dövlətlərinin xarici işlər nazirləri Bakıda toplandı
Elmar Məmmədyarov ATƏT sədri ilə görüşüb- FOTO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 