"Hesab edirəm ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr bölgənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir və bu sahədə investisiya layihələri üçün yaxşı imkanlar var". Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının Türkmənistan paytaxtı Aşqabadda keçirilən dar tərkibli iclasında çıxışı zamanı bildirib. "Lakin qeyd etmək lazımdır ki, Birlik məkanında həll olunmamış münaqişələr regional sabitliyə ciddi təhlükə yaradır. Bu baxımdan bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyinə diqqət çəkmək istərdim", - deyə XİN başçısı vurğulayıb. E.Məmmədyarov bildirib ki, Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinin tərəfdarıdır: "Eyni zamanda danışıqlar əbədi davam edə bilməz və güc tətbiqi, işğal və etnik təmizlənmə nəticəsində yaranmış vəziyyəti davam etdirməyə və saxlamağa xidmət etməməlidir. Qeyd etmək lazımdır ki, beynəlxalq münaqişələr, etnik təmizləmə və suveren ərazilərin işğalı, beynəlxalq sülh və təhlükəsizliyə, habelə Birliyin bütün ölkələrinin siyasi müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan terrorizm də daxil olmaqla, trans-sərhəd təhdidlərin səviyyəsini artıran əsas amillərdən biridir. Buna görə həll olunmamış münaqişələrin nizamlanması məsələsi diqqət və bütün ölkələrin səylərinin birləşdirilməsini tələb edir. Bir təşkilat olaraq MDB-nin topladığı müsbət təcrübə, ümumiyyətlə, ortaq məkanımızın problemlərinin həlli üçün faydalı ola bilər".
Elmar Məmmədyarov: "Danışıqlar əbədi davam edə bilməz"



Xarici İşlər Naziri ATƏT-in Baş katibi ilə görüşüb
Məmmədyarov İsveçin Xarici işlər naziri ilə görüşüb
Elmar Məmmədyarov Baş Beynəlxalq Böhran Qrupunun prezidenti Robert Maley ilə görüşüb
Elmar Məmmədyarov polşalı həmkarı ilə görüşüb
Nyu Yorkda ABŞ-Azərbaycan münasibətləri müzakirə olundu
"Münaqişənin həlli Ermənistanda iqtisadi artım üçün imkanlar açacaq" - Nazir
Məmmədyarov Polşa Seyminin spikerini Azərbaycana dəvət etdi
Elmar Məmmədyarov ATƏT sədri ilə görüşüb- FOTO
Elmar Məmmədyarov: "BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxtı keçmir və icrası mütləqdir"
Nazir Buriçə Qarabağla bağlı aparılan prosesdən danışdı
Türk dövlətlərinin xarici işlər nazirləri Bakıda toplandı
Ermənistan münaqişənin həllini istəyirsə... - Nazir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 