ONN media xəbər verir ki, mart ayının 14-də saat 12:00-da Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, ssenari müəlifi və aktyor, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi münasibətilə sənətkarın vaxtilə çalışdığı Yaradıcılıq otağının açılışı olacaq.
Tədbirdə görkəmli mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər və T.Tağızadənin ailə üzvləri iştirak edəcəklər.
Qeyd edək ki, bu il T.Tağızadənin anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Tofiq Tağızadənin 100 illiyinin keçirilməsi haqqında” 24 yanvar 2019-cu il tarixli, 900 nömrəli Sərəncam imzalamışdır. Sərəncamın icrasını təmin temək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan Tədbirlər Planına əsasən il ərzində Bakıda və ölkənin bölgələrində görkəmli sənətkarın yubileyi ilə bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
İkinci dünya müharibəsinin iştirakçısı olan T.Tağızadə əmək fəaliyyətinə 1953-cü ildə “Azərbaycanfilm” kinostudiyasında başlayaraq 40 ildən artıq müddət ərzində Azərbaycan kinosunun inkişafına öz töhfəsini vermişdir.
1955-ci ildə çəkdiyi “Görüş” bədii filmi rejissora ilk şöhrət gətirmiş və sonrakı illərdə Tofiq Tağızadə “Uzaq sahillərdə”, “Əsl dost”, “Arşın mal alan”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Evin kişisi”, “Babamızın babasının babası”, “Bağ mövsümü”, “O dünyadan salam” və digər yüksək bədii zövqü ilə seçilən filmlərə quruluş vermişdir.



Prezident sərəncam imzaladı
Tofiq Tağızadənin 100 illik yubileyi keçiriləcək
Tofiq Tağızadə
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
Həsən Turabovun 80 illik yubileyi keçiriləcək
Prezidentdən Əlibaba Məmmədovla bağlı SƏRƏNCAM
İsmayıl Şıxlının 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Seyid Şuşinskinin 130 illiyi qeyd ediləcək
İlham Əliyev nekroloq imzaladı
Prezident Rauf Hacıyevlə bağlı SƏRƏNCAM İMZALADI
Bu gün Tofiq Tağızadənin doğulduğu gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 