Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 29-da “Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatının İdarə Heyətinin sədri, akademik Engel Tahirov və “Simurq” Mədəniyyət Assosiasiyasının rəhbəri, kulturoloq, professor Fuad Məmmədov ilə görüşüb. ONN media xəbər verir ki, görüşdə 28 oktyabr tarixində “Simurq” Mədəniyyət Assosiasiyası təşəbbüsü və Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilən “Dünya dəyərlərinin, humanizmin və insan həmrəyliyinin təsdiqi naminə mədəniyyətlərin, xalqların və sivilizasiyaların dialoqu” adlı Beynəlxalq konfrans haqqında məlumat verilib. Konfransın moderatorlarından biri – “Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatının İdarə Heyətinin sədri, akademik Engel Tahirov milli mədəniyyətin və mənəviyyatın inkişafında mühüm töhfələrinə, Azərbaycan xalqının çoxəsrlik ənənələrinin qorunmasına, sülh və inkişaf naminə humanizm, sivilizasiyalararası dialoqun həyata keçirilməsində aktiv fəaliyyətinə görə mədəniyyət naziri Əbülfəs Qarayevin təşkilat tərəfindən “Sülhməramlı” nominasiyasında “Roza mira” qızıl medalına layiq görüldüyünü bildirib və medalı nazirə təqdim edib. Nazir göstərilən diqqətə görə təşəkkürünü bildirib və bu kimi tədbirlərin ölkəmizdə keçirilməsinə hər zaman dəstək olmağa hazır olduğunu vurğulayıb. Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi”nin, bu çərçivədə Mədəniyyət Nazirliyinin iştirakı ilə həyata keçirilən beynəlxalq layihə və tədbirlərin xalqların və sivilizasiyaların dialoquna verdiyi xüsusi töhfədən danışıb. “Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edilib. Kulturoloq, professor Fuad Məmmədov beynəlxalq konfransın təşkilində nazirlik tərəfindən göstərilən dəstəyə və qəbula görə Əbülfəs Qarayevə təşəkkürünü bildirib.
Nazir Fuad Məmmədovla görüşdü



Mədəniyyət naziri italiyalı kinematoqrafçıları qəbul edib
Mədəniyyət naziri Akademik Milli Dram Teatrının yaradıcı heyəti ilə görüşdü
Mədəniyyət naziri Rusiya Prezidentinin xüsusi nümayəndəsini qəbul etdi
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri məlum oldu
Əbülfəs Qarayev Səudiyyə Ərəbistanı Krallığı və Gürcüstanın ölkəmizdəki səfirlərini qəbul etdi
Əbülfəs Qarayev Braziliyanın və Misirin ölkəmizdəki səfirlərini qəbul etdi
Azərbaycan və BMT fəaliyyət planı imzaladı
Əbülfəs Qarayev Tailand Krallığının mədəniyyət naziri ilə görüşdü
Paşayeva AQDİM rəhbərliyi ilə görüşdü
Nazir Koventri Universitetində tələbələr qarşısında mühazirə ilə çıxış edib
SON DƏQİQƏ: Mədəniyyət Naziri vəzifəsindən azad edildi
Əbülfəs Qarayev ABŞ-ın səfiri ilə görüşdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 