Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi evlənmək istəyən şəxslərin nikah öncəsi tibbi müayinəsi ilə yanaşı, psixoloji uyğunluğunun yoxlanılmasını da təklif edir.
ONN media xəbər verir ki, bu təşəbbüslə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, şəxslər arasında daha çox düzgün seçimin edilməməsi, düşüncə və psixoloji fərqin mövcudluğu boşanma hallarına səbəb olur:
"Buna görə də nikah öncəsi tibbi müayinə ilə yanaşı ailə quracaq gənclərin müvafiq psixoloji uyğunluğunun yoxlanılması olduqca vacibdir. Bu istiqamətdə "Ailə psixoloqu" İnstitutunun yaradılmasına, əhalinin bu xidmətdən geniş istifadəsi üçün zəruri tədbirlərin görülməsinə ehiyac var. Bu barədə hazırladığımız "Ailə strategiyası"nda da tədbirlər nəzərdə tutulub. Bu sənədin qəbul edilməsi əhalinin həmin xidmətdən istifadəsi üçün imkanlar yaradacaq".
Qeyd edək ki, Ədliyyə Nazirliyindən bir müddət əvvəl bildirilib ki, Azərbaycanda nikahın pozulmasının əsas səbəbləri ər-arvadın bir-biri ilə xasiyyətlərinin tutmaması, xəyanət, qısqanclıq, maddi çətinlik, mənzilin olmaması, ailədaxili zorakılıq, ailə münasibətlərinin pozulması, uşaqların olmaması, sərxoşluq, narkomaniya, xəstəlik və digər hallarla bağlıdır. Trend



Dövlət Komitəsinin yeni tərkibi təsdiqləndi - QƏRAR
Cəmiyyəti ciddi narahat edən erkən nikah problemi: Həkimlərdən XƏBƏRDARLIQ
Boşanmaq istəyənlərin DİQQƏTİNƏ
Bahar Muradovaya yüksək vəzifə verildi
Boşanmaların əsas səbəbi nədir?
Xaricdəki azərbaycanlıların nəzərinə
11 yaşlı qızın qardaşının da psixoloji dəstəyə ehtiyacı var - KOMİTƏ
Azərbaycanda ödənişli atalıq məzuniyyətinin olması məsələsinə baxılır
Atalıq məzuniyyəti ödənişli olsun - Deputatdan təklif
Bakıda “Ailə festivalı” keçiriləcək
Masallıda 16 yaşında ərə verilən qız öldü - Dövlət qurumları hərəkətə keçdi
Ölkədə boşananların sayı artıb - SON 5 İLİN ƏN YÜKSƏK SAYI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 