Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2019-cu il üçün Mədəniyyət Nazirliyi aşağıdakı müəyyən edilmiş tədbirlər üzrə müsabiqə elan edir. 2019-cu il 30 iyun–10 iyul tarixində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsi çərçivəsində mədəni tədbirlərin təşkili. Xalq tətbiqi-dekorativ və təsviri sənətin inkişafına dair layihələrin hazırlanması. Mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı layihələrin hazırlanması. Regionlarda mədəniyyətin daha da inkişafına töhvə verəcək layihələrin həyata keçirilməsi. “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə uyğun olaraq, müsabiqədə iştirak etmək istəyən QHT-lər 2019-cu ilin mart ayının 01-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim etməlidir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub; QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili; Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar; Tədbirin keçiriləcəyi yer və tarix; Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə); Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar. Ünvan: AZ 1000, Bakı şəhəri, Hökumət Evi, Ü.Hacıbəyov küçəsi 40. Tel: (012) 498-79-53 (012) 498-20-62 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi Əlaqələndirici şəxslər: Türkan Cəfərova Rəvanə Abdullayeva Email: [email protected] Tel: (012) 498-79-53 (012) 498-20-62
Nazirlik QHT-lərlə bağlı müsabiqə elan edir



Bu sahədə dövlət maliyyələşdirilməsi qaydası DƏYİŞDİRİLDİ
Əbülfəs Qarayev Böyük Britaniyada səfərdədir
DTX tərəfindən saxlanılan nazir müavini kimdir? - DOSYE
Qeyri-hökumət təşkilatlarının NƏZƏRİNƏ!
Bakı və Ankara arasında yeni saziş imzalandı
Prezident FƏRMAN İMZALADI
Mədəniyyət naziri italiyalı kinematoqrafçıları qəbul edib
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Dövlət Xidmətinin regional idarələri yaradılır
Maliyyə Nazirliyi vaxt verdi - 1 aprel tarixinədək...
Şura 4-ci qrant müsabiqəsini elan etdi
Əbülfəs Qarayev ABŞ-ın səfiri ilə görüşdü
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı 