ONN media xəbər verir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun yaranmasının 120 illiyi ilə bağlı “Yeni nəfəs- III” adlı qısametrajlı ssenari müsabiqəsi elan edib.
İttifaqın mətbuat xidmətindən bildirilib ki, müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədilə keçirilir. Müsabiqə həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulur.
Müsabiqənin şərtlərinə görə, yaşı 35-dək olan bütün şəxslər istənilən janrda, bədii, sənədli və animasiya ssenariləri təqdim edə bilər. Ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə, orijinal, yəni ekranlaşdırılmamış olmamalıdır.
Qısametrajlı film üçün nəzərdə tutulmuş ssenarilər müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda şrift “Courier New”, 12 ölçüdə təqdim olunmalıdır. Ssenarilər sentyabrın 25-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməlidir.
Müsabiqənin peşəkar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edir. Münsiflər heyəti məxfi seçim əsasında dörd ssenarini qiymətləndirəcək. Müsabiqədə Qran-Pri 2500 manat (ekranlaşdırılması nəzərdə tutulur), I, II, III yeri tutan qaliblər isə müvafiq olaraq 2000, 1500, 1000 manat pul ilə mükafatlandırılacaqlar.



Bədii və animasiya film ssenariləri müsabiqəsi elan olunur
Mədəniyyət Nazirliyi müsabiqə elan edir
Mədəniyyət Nazirliyi müsabiqə elan edir
İkinci ANİMAFİLM festivalına filmlərin və ssenarilərin qəbulu başladı
İkinci ANİMAFİLM festivalının Uşaq Münsiflər Heyəti tərkibi bəlli oldu
Jurnalistlər üçün müsabiqə: I yerə 1000 manat...
MEDİA müsabiqə elan edir
İki filmimiz beynəlxalq festivalda mükafat qazandı
Milli Kino Günü təntənəli mərasimlə qeyd edildi
Nazirdən “Yüksəliş” müsabiqəsi ilə bağlı gənclərə MÜRACİƏT
Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu müsabiqə elan etdi
Jurnalistlər üçün yeni müsabiqə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 