Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
ONN media xəbər verir ki, dövlət başçısı Dağlıq Qarabağ probleminin həllinin ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu, bunun heç bir başqa yolunun olmadığını vurğulayıb.
Bizim prinsipial mövqeyimizin ədalətli, beynəlxalq hüquqa əsaslanan və daha çox beynəlxalq dəstək qazanan mövqe olduğunu bildirən prezident deyib:
“Bunu əks etdirən bir neçə önəmli hadisə olub. Onlardan biri Dağlıq Qarabağda separatist rejim tərəfindən keçirilmiş qanunsuz “referendum”un dünya ictimaiyyəti tərəfindən tanınmamasıdır. Həm qonşu ölkələr, həm Avropa ölkələri, Avropa İttifaqı, beynəlxalq təşkilatlar “referendum”un tanınmaması haqqında birmənalı şəkildə ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar bir daha onu göstərir ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu dəstək getdikcə daha da artır”.
Azərbaycan Prezidenti ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvəsində qəbul edilmiş Bəyannamədə “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrin ərazi bütövlüyünün, suverenliyinin Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəkləndiyini xatırladaraq deyib: “Bu, işğalçı Ermənistana növbəti zərbə olub. Bu, ədalətin təzahürüdür və eyni zamanda, onu göstərir ki, bu gün Avropa qurumları, dünya mərkəzləri həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda, ümumiyyətlə dünyada gedən proseslərlə bağlı daha müsbət yanaşma ortaya qoyurlar. O da həqiqətdir ki, hazırda Avropanın özü separatizmdən əziyyət çəkir və görür ki, separatizm nədir. Biz isə aqressiv separatizmlə üzləşmişik. Bizə qarşı soyqırımı törədilib. Bizim vətəndaşlarımız öz doğma torpaqlarından silah gücünə çıxarılmışdır. Əlbəttə, dünyada, o cümlədən Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır ki, yalnız vahid yanaşma tətbiq olunmalıdır. Biz həmişə bunu demişik. Mən dəfələrlə bunu deyirəm ki, bütün münaqişələrə, bütün separatizm təzahürlərinə vahid yanaşma tətbiq olunmalıdır, ikili standartlara yer olmamalıdır, bundan əl çəkilməlidir. Biz bunu artıq görürük. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu, önəmli hadisələrdir. Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir”.



Qarabağla bağlı bu tezis darmadağın edildi- İlham Əliyev
İlham Əliyev: Məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir
Azərbaycan münaqişə ilə bağlı dünya ictimaiyyətini kifayət qədər məlumatlandırmağı bacarıb
Qarabağdakı "seçkilər" qurma oyundan başqa bir şey deyil - XİN
"Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artıb"- İlham Əliyev
Prezident 2019-cu ili “Nəsimi İli” elan etdi
İlham Əliyev: "Dağlıq Qarabağ Azərbaycandır"
Millət vəkili: Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistan ciddi böhran içərisindədir
İlham Əliyev AŞPA-nı sərt tənqid etdi
İlham Əliyev: "Azərbaycan bu il yeni silahlar alacaq"
İlham Əliyev: "Dünyaya sübut edə bilmişik ki, biz haqlıyıq"
İlham Əliyev Brüsseldə Belçikalıların Kralı Filip ilə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 