“Bir adam hamının xoşuna gəlməyə bilər. Ancaq ən pis şey unutqanlıqdır. Jurnalist Fuad Abbasovun Rusiya-Türkiyə münasibətlərinin ən kritik anlarında göstərdiyi fədakarlıq, Azərbaycanlı-çeçen konflikti zamanı atdığı addımlar barış üçün olduqca zəruri idi”.
ONN media xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili bildirib ki, Rusiyada onsuz da dünyagörüşcə və fəaliyyət sferasına görə olduqca dağınıq bir diasporamız mövcuddur:
“Burada hamının maraqlarını təmin etmək elə də asan məsələ deyil. Digər tərəfdən Rusiya Xüsusi Xidmət orqanları üçün azərbaycanlıların aktiv siyasi və mədəni çalışmaları da bir o qədər arzuolunan deyil və belə bir mühitdə kimsə irəli duraraq gücü çatan hansısa işləri görübsə, buna ancaq minnətdarlıqla yanaşmaq lazımdır.
Burada Fuad Abbasovun atdığı hansı addımlarda siyasi yanlışlıq, naşılıq və başqa epizodlar da ola bilər. Lakin bu kimsəyə əsas vermir ki, ona fiziki işgəncə versin, üstəlik də başqa birisi də bu işgəncəyə və ya onun saxlanmasına haqq qazandırsın. Buna haqq qazandıranlar azərbaycanlı olanda, sadəcə ayıb bir davranış kimi qiymətləndirilməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi konkret bu fakta görə Rusiya Xarici İşlər Nazirliyinə nota verməlidir. Bu hadisə digər azərbaycanlıların gözünü qırmaq üçün də düşünələ bilər. Ona görə də hələlik bütün ittihamları yığışdırıb Fuadın hüquqlarının müdafiəsi istiqamətində həm peşəkar hüquqi, həm də siyasi addımlar atılmalıdır”.
Fazil Mustafanın sözlərinə görə, bütün hallarda Azərbaycan dövləti öz vətəndaşının arxasında durmalıdır və Rusiyadakı səfirimiz oranın hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müzakirələr apararaq bu biabırçı davranışı törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində fəal diplomatik addımlar atmalıdır.teleqraf.com



Fuad Abbasovun atasından ŞOK AÇIQLAMA
Fuad Abbasov bu gün Rusiyadan deportasiya edilir
Fuad Abbasov bu gün Bakıya göndəriləcək
Fuad Abbasov sabah Azərbaycana deportasiya edilə bilər
Fuad Abbasovla bağlı xəbər var
Fuad Abbasova daha bir zərbə
Fuad Abbasovla bağlı yeni xəbər
Fuad Abbasov Azərbaycana BU TARİXDƏ deportasiya ediləcək
Fuad Abbasov Mətbuat Şurasında oldu, görüşlər keçirtdi - Fotolar
Məhkəmə jurnalist Fuad Abbasov barəsində QƏRAR VERDİ
Fuad Abbasovun Rusiyada saxlanılma görüntüləri – VİDEO
Fuad Abbasovun deportasiyası ilə bağlı rus səfirdən - AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 