“5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı-Şamaxı yolunun Pirəkəşkül qəsəbəsi ərazisində iməcilik keçirilib.
ONN media xəbər verir ki, nazirliyin əməkdaşlarının, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi iməcilikdə sözügedən ərazinin 50 hektar sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından təmizlənib.
Tədbirlərin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaqdır.
Xatırladaq ki, 5 iyun 1972-ci il tarixində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi aktuallaşıb və ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar 5 iyunun “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunmasına qərar verib, növbəti ildən həmin gün bütün dünyada qeyd olunmağa başlanıb.



5 iyun - Ətraf Mühitin Mühafizəsi Günüdür
İlham Əliyev bu medalın əsasnaməsini qəbul edib
Əli Əsədov qərar imzaladı
Bu gün Beynəlxalq Yer Günüdür
Baş nazirdən ETSN işçiləri ilə bağlı QƏRAR
Bakıda ümumşəhər iməcliyi keçirildi
“Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında ətraf mühit sərgisi keçirilir
Azərbaycanda vəzifəli şəxs cərimələndi
Azərbaycanda vəzifəli şəxs cərimələndi
İmişlidə vəzifəli şəxs barəsində cinayət işi başlanıldı
Bakı Metropoliteni cərimələnəcək
Məişət tullantılarını yandıran şəxs cərimələnib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 