ONN media xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumlarda fəaliyyət göstərən müxtəlif çağrı mərkəzləri birləşdirilib.
Nazirliyin ictimaiyyətlə əlaqə sektorundan bildirilib ki, yüksək keyfiyyətli müştəri xidmətlərinin göstərilməsi, vətəndaşların daha rahat müraciəti, tam düzgün və ətraflı məlumat ala bilməsi üçün Vahid Çağrı Mərkəzi -"155" yaradılıb.
Belə ki, "155" saylı Çağrı Mərkəzinə "Aztelekom" MMC, "Bakı Telefon Rabitəsi" MMC (Baktelekom), "Azərpoçt" MMC, Məlumat Hesablama Mərkəzi, "AzEeuroTel", "Azdatacom", "Az.net", "Bakinternet" kimi qurum və provayderlərin xidmətləri ilə bağlı müraciət etmək olar. Vahid çağrı mərkəzlərinin yaradılmasında məqsəd xidmət keyfiyyətinin səviyyəsinin və müştəri məmnuniyyətinin yüksəldilməsi, qurumların resurslarından daha səmərəli istifadə, müştərilər üçün daha uyğun xidmətlərin hazırlanması, istək və müraciətlərin operativ həlli, müvafiq məlumat bazalarının optimallaşması və mütəmadi yenilənməsidir. Çağrı mərkəzinin fəaliyyətinə müraciətlərin anında qeydiyyatı və operativ həlli, eləcə də, elektron poçt, veb-çat vasitəsi ilə cavablandırılması, elektron məktubların göndərilməsi, sorğu və anketlərin keçirilməsi, telefonla satış, sosial şəbəkələr vasitəsi ilə vətəndaşlarla əlaqə yaradılması kimi xidmətlər daxildir.



İki günlük qadağa ilə bağlı telefon və internetdə problem olacaq? - AÇIQLAMA
Bayram günlərində bu poçt şöbələri işləyəcək
“Azərpoçt”un şöbələri adi iş rejiminə keçdi
Poçt şöbələri bayramda işləyəcək?
Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi istifadəyə verildi
Poçt şöbələri bazar günü də işləyəcək
Komitəyə 16 mindən çox şəxs müraciət etdi
Bakıda daha bir poçt şöbəsi istifadəyə verildi
“Azərpoçt” bayram günlərində də işləyəcək?
195-2 Çağrı Mərkəzinə 80 min müraciət olub
Bakıda yeni “Şəbəkə” istifadəyə verildi
Vahid Səhiyyə Çağrı Mərkəzi yaradılacaq
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 