Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məcburi dövlət sosial sığorta haqqı üzrə fərdi uçot sistemində sığortaolunanlar haqqında məlumatların təqdim olunmamasına görə sığortaedənlərə xəbərdarlıq edib.
ƏƏSMN-dən ONN media-ya verilən məlumata görə, ölkədə 2006-cı ildən sığorta-pensiya sisteminin əsası olan fərdi uçot sistemi fəaliyyət göstərməkdədir. "Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları"na uyğun olaraq sığortaedən hər il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödədiyi məcburi dövlət sosial sığorta haqqı məbləğlərini əks etdirən "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"ları (2006-2016-cı illər üzrə), həmçinin 1 aprel 2017-ci il tarixdən tətbiq olunmuş fərdi uçot əsaslı vahid rüblük hesabatlarını təqdim edərkən ödənilmiş vəsaitin işçiləri arasında konkret adlı siyahı üzrə düzgün bölgüsünü aparmağa da borcludur.
"Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqları əsasında pensiya məbləğləri müəyyənləşdirilir. Lakin Dövlət Sosial Müdafiə Fondu tərəfindən qanunamüvafiq tədbirlərin görülməsinə baxmayaraq bugünədək bəzi sığortaedənlər tərəfindən hesabatlar tam təqdim olunmayıb. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə fərdi şəxsi hesablarda məbləğləri tam əks olunmayan sığortaolunanlar tərəfindən haqlı şikayətlər daxil olur.
Hesabatların vaxtında, düzgün və tam təqdim olunması üçün sığortaedənlər tərəfindən lazımi işlərin həyata keçirilməsi zəruridir.
Qeyd olunan nöqsanların qısa müddətdə aradan qaldırılmayacağı təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 477-ci maddəsinə müvafiq olaraq cərimə tətbiq olunacaq. Ətraflı məlumat üçün sığortaedənlər uçotda olduqları Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına müraciət edə bilərlər.



Yeni qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
Nazirlik işəgötürənlərə XƏBƏRDARLIQ ETDİ
Vergilər Nazirliyindən vergi ödəyicilərinə MÜRACİƏT
Azərbaycanda yeni qurum yaradıldı
İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələbi ləğv edildi
DSMF-dən əhaliyə vacib müraciət
Prezidentdən pensiya alanlara ŞAD XƏBƏR
Artıq işə qəbul zamanı bu sənəd tələb olunmayacaq
Bu barədə qanun qəbul edildi
Nazirlikdən əmək kitabçaları və ASAN imzayla bağlı açıqlama
Azərbaycanda pensiyalar artırıldı - İlham Əliyevdən SƏRƏNCAM
Bərbər və taksi sürücülərinə ŞAD XƏBƏR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 