Son zamanlar dənizçilik üzrə fəaliyyət göstərən müxtəlif tədris müəssisələrinin gələcəkdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində işlə təminat vədləri verməklə bəzi şəxsləri təhsil almağa sövq etməsi ilə bağlı məlumatlar daxil olmaqdadır.
Qurumdan ONN media-ya verilən xəbərə görə, belə müəssisələr özlərinin “Azərbaycan XəzərDəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə aid olduqlarını, müəssisəni bitirənlərin birbaşa olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində işə qəbul ediləcəklərini bildirir və bu yolla dənizçi peşəsində işləmək arzusunda olan şəxsləri aldadırlar.
““Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – Gəmiçilik) qeyd edir ki, dənizçilərin (sıravi heyət) işə qəbulu, əsasən yaranmış tələbat daxilində Gəmiçiliyin tabeliyində olan Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində Azərbaycan Dənizçilik Kollecinin məzunları arasından Gəmiçiliyin “İnsan resurslarının idarəedilməsi Qaydaları”na uyğun olaraq müsabiqə yolu ilə aparılır. Əlavə tələbat və təcili zərurət yarandığı, o cümlədən Gəmiçiliyin tabeliyində olan təhsil müəssisələrini bitirmiş müvafiq kadr olmadığı halda, Gəmiçilik kənar tədris müəssisələrinin məzunlarının müsabiqə yolu ilə işə qəbulu məsələsinə baxır.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində Azərbaycan Dənizçilik Kollecindən başqa digər tədris müəssisələrinin Gəmiçiliyə aid olmadığını bütün maraqlı şəxslərin diqqətinə çatdırır və Gəmiçiliyin “İnsan resurslarının idarəedilməsi Qaydaları”ndan kənar işə qəbulla bağlı verilən vədlərə inanmamağa çağırırıq” - deyə məlumatda qeyd olunub.



Xüsusi karantin dövründə fasiləsiz hansı müəssisələr işləyəcək?
Nazirlər Kabineti bu müddəanı LƏĞV ETDİ
AİH-nin idarəetməsinə ilk mərhələdə 4 dövlət müəssisəsi veriləcək
Bu yüklərin daşınmasına lisenziya tələb olunmayacaq
İlham Əliyev bu şəxslərə vəzifə verdi
Prezidentdən SƏRƏNCAM - Samir Şərifova yeni vəzifə verildi
Prezident İlham Əliyev açılışda iştirak etdi
Daha bir qurum imtahanları təxirə saldı
Azərbaycanın dövlət şirkətinin 6 rəhbərinə 464 min manat - MAAŞ ÖDƏNİLİB
Prezident Şahin Mustafayevə YENİ VƏZİFƏ verdi
Prezident “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində
Xəzər Dəniz Gəmiçiliyinin Müşahidə Şurası yaradılır
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 