ONN media xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutuna qəbul qaydaları açıqlanıb.
İnstitutdan verilən məlumata görə, 2018-2019-cu tədris ili üçün ilk dəfə tələbə qəbulu həyata keçiriləcək.
İnstituta tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə - islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə aparılacaq.
İlk tədris ili üçün ödənişsiz əsaslarla islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla cəmi 60 nəfər abituriyentin qəbulu nəzərdə tutulub. Həm islamşünaslıq, həm də dinşünaslıq ixtisasları üzrə minimum keçid balı 200 bal müəyyən edilib. Dinşünaslıq ixtisası üzrə məzun olanların işlə təmin olunması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və ölkədəki elmi-pedaqoji müəssisələrin, İslamşünaslıq ixtisası üzrə məzun olanların isə Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verilməsi nəzərdə tutulub.
Yüksək ixtisaslı islamşünas mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulan İslamşünaslıq ixtisası üzrə təhsil almaq istəyən abituriyentlərin test imtahanı ilə yanaşı, dünyagörüşü səviyyəsinin və bu sahəyə maraqlarının müəyyənləşdirilməsi məqsədi ilə yaradılmış Psixoloji Komissiyada müsahibədən keçəcəkləri bildirilib. Dövlət İmtahan Mərkəzinin yaratdığı Dini-Psixoloji Komissiyanın tərkibinə ekspertlər, psixoloqlar və İnstitutun əməkdaşları daxil edilib. Müsahibədə abituriyentlərin psixoloji vəziyyətləri və yaradıcı təfəkkür imkanlarının xüsusi psixoloji metodika yolu ilə yoxlanılması nəzərdə tutulub. Müsahibə zamanı habelə abituriyentlərin ümumi dünyagörüşü və dini bilikləri, “İslamşünaslıq” ixtisasına uyğunluqları, xüsusilə gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, eləcə də tolerantlıq və multikulturalizm barədə bilikləri qiymətləndiriləcəkdir.
Müsahibədə iştirak etmək istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qeydiyyatdan keçməlidirlər. İlkin qeydiyyat 29-31 iyulda, boş qalan yerlərə qeydiyyat isə 15, 16 avqust tarixlərində aparılacaq. İlk imtahan 1-6 avqust, boş qalan yerlərə imtahan isə 17-20 avqustda saat 09:00-dan başlayaraq Bakı şəhəri Əhməd Cəmil 41a ünvanında - Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında keçiriləcək. Peşəkar və təcrübəli mütəxəssislərin cəlb olunduğu Azərbaycan İlahiyyat İnstitutunda tədris prosesi ilahiyyat təhsilin müasir standartları səviyyəsində təşkil olunacaqdır.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu 2-6 iyul tarixləri arasında abituriyentlər və valideynlər üçün açıq qapı günləri elan edib.



Prezident açılışda iştirak edib - YENİLƏNİB
150 bala ödənişsiz ALİ TƏHSİL İMKANI
Bu abituriyentlərin NƏZƏRİNƏ! Qeydiyyat başladı
Qarabağ universitetinin göstəriciləri açıqlandı
“Naxçıvan” Universitetinin qəbul planına yeni ixtisaslar daxil edildi
150 bal toplayanların NƏZƏRİNƏ
Qarabağ Universitetinə neçə nəfər qəbul olub?
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ
Qabiliyyət imtahanlarının şərtləri dəyişdirildi
Bu gündən universitetlərə ixtisas seçimi başlayır
Ali məktəblərə ixtisas seçimi başlayır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 