Ali təhsil müəssisələrimizin reytinq nəticələrini qaldıra bilmək üçün universitetlərin tədqiqat qurumları ilə birlikdə işini təşkil etmək lazımdır.
ONN media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi" forumunda çıxışı zamanı deyib.
"Universitetlərin reytinqlərinin formalaşmasında ali təhsil müəssisəsinin reputasiyası, işəgötürülənlərin universitet haqqında fikirləri, tədqiqat komponentinin həcmi, müəllim və tələbə sayı, xarici tələbə və müəllim sayı kimi indiqatorlar nəzərə alınır. Bizdə bütün indiqatorlar üzrə müsbət dinamika olsa da, tədqiqat komponenti bizi hələ də narahat edən məsələdir. Elmi tədqiqatlar aparılır, amma pərakəndə şəkildədir. Tədqiqat aparan alim hansısa universiteti təmsil etməlidir. Bunu təşkil edə bilsək, universitetlərimizin reytinqi artacaq", - deyə nazir bildirib.
Nazir, həmçinin qeyd edib ki, universitetlərin sayı çox , aparılan tədqiqat sayı isə azdır: "Buna görə də universitetlərin tədqiqat qurumları ilə birlikdə işini təşkil etmək lazımdır.
Ölkədə elmin inkişafı naminə mütləq bu dəyişikliyi etməliyik. Bunu edə bilsək, təxminən 15-20 il ərzində universitetlərimiz beynəlxalq reytinqlərdə üst cərgələrdə olacaq".



Bu universitet "Dünyanın ən yaxşıları" sırasında yer alıb
Nazirlik universitetlərlə bağlı bu qaydaları təsdiqlədi
Ali məktəblərdə YENİLİK OLACAQ
Nazir Qarabağda ali məktəblərin yaradılmasından danışdı
"Ali təhsil müəssisələrində imtahanlar şəffaf keçirilir" - Nazir
Bu universitetlər Bakıdan köçürülə bilər
Azərbaycanda iki yeni universitet yaradılacaq
Qarabağda smart və rəqəmsal universitetlər?
Azərbaycan təhsilində şok:70 UNİVERSİTET LƏĞV OLUNUR?
Təhsil müəssisələrində çalışanların 80 faizə qədəri vaksinasiyadan keçib - Nazir
Qarabağ universitetində əcnəbi tələbələr təhsil alacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 