Dövlət İmtahan Mərkəzi mayın 25-də II və III, iyunun 1-də isə I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirəcək.
Bu barədə DİM-dən məlumat verilib.
Bu il qəbul imtahanları respublikamızın 24 şəhər və rayonunda təşkil olunacaq. Sevindirici haldır ki, Dövlət İmtahan Mərkəzi həm mayın 25-də, həm də iyunun 1-də Xankəndi şəhərində də qəbul imtahanları keçirəcək. Bu işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır.
İmtahanlar Qarabağ Universitetində təşkil olunacaq.
İmtahanlarda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məkətbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndi şəhərində verəcəklər. Mayın 25-də keçiriləcək imtahanda 51, iyunun 1-də keçiriləcək imtahanda isə 21 abituriyentin iştirakı nəzərdə tutulur.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2023-cü ildən etibarən işğaldan azad olunan bölgələrdə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsinə başlayıb. İlk buraxılış imtahanı Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində keçirilib. Daha sonra Laçın (Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbi), Füzuli (M.Uluqbəy adına 1 nömrəli məktəb) və Ağdərədə (Talış kənd tam orta məktəbi), 2025-ci ildə isə Şuşa (1 nömrəli tam orta məkətb), Xankəndi (4 nömrəli tam orta məktəb), Xocalı (1 nömrəli tam orta məktəb), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb) və Laçında (Sus kənd tam orta məktəbi) ilk dəfə buraxılış imtahanları keçirilib



Qəbul imtahanlarının vaxtı açıqlandı
Əvvəlki illərin məzunları üçün imtahan nə vaxt keçiriləcək?
DİQQƏT- İmtahanların vaxtı açıqlandı
Buraxılış imtahanlarının qrafiki ELAN EDİLDİ
Ali məktəblərə qəbul imtahanlarının VAXTI AÇIQLANDI
DİM-dən imtahanlarda iştirak edəcək abituriyentlərə MÜRACİƏT
Bu tarixdə ikinci dəfə test imtahanı keçiriləcək
İmtahanların vaxtı niyə dəyişdi?
IX siniflərin buraxılış imtahanlarının qrafiki elan olundu
Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək
Buraxılış imtahanlarının nəticəsi BU TARİXDƏ açıqlanacaq - DİM
Abituriyentlərin DİQQƏTİNƏ!- Şərtlər açıqlandı
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
İstidə avtomobildə qoyulmamalı 10 ƏŞYA - Təhlükə ciddidir
Ronaldo ABŞ-dadır
76 yaşlı kişi yıxılaraq ölüb
Kondisioner xəstə edir? - Yayda düzgün istifadə qaydaları açıqlanır
Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalındı
"Son zəng"dəki mahnılar... - Nazirdən maraqlı reaksiya
Sabah hava necə olacaq?
Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
Əmrullayev bu şəhərdə "Son zəng" mərasiminə qatıldı
İsti havalarda nə qədər su içməliyik?
DÇ-2026: Daha 4 mühüm oyun, Türkiyə də var
Əli Əsədov yeni qərar imzaladı
Azərbaycanda güclü zəlzələ: Dağıntı var? 