Dövlət İmtahan Mərkəzi (DİM) sualların dərsliklər əsasında tərtib edildiyini bildirsə də, praktik yanaşmada fərqlər mövcuddur.
Bu sözləri açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov orta məktəb dərslikləri ilə ali məktəblərə qəbul imtahanlarına düşən suallar arasında uyğunsuzluq haqda danışarkən deyib.
“Dərsliklərdə mövzular daha çox akademik və təsviri formada təqdim olunur. DİM sualları isə məntiqi təhlil və kompleks analiz tələb edir. Uyğunsuzluq deyiləndə məhz bu yanaşma fərqi nəzərdə tutulur. Məktəb müəllimləri proqramı keçsələr də, DİM-in tələb etdiyi spesifik test texnikalarını öyrətmək üçün hər zaman kifayət qədər vaxta və resursa malik olmurlar. Bu isə şagirdləri əlavə hazırlığa yönəldir”, - o bildirib.
Ekspert vurğulayıb ki, imtahanların çətinlik səviyyəsi repetitorluğa marağı artırır:
“İmtahanların çətinlik dərəcəsi artdıqca və rəqabət gücləndikcə, ailələr alternativ təhsilə üz tutur. Şagirdlərdə belə bir təsəvvür formalaşır ki, yalnız məktəb proqramı ilə yüksək nəticə toplamaq mümkün deyil.
Problemin kökü təkcə sualların çətinliyində deyil, məktəbin verdiyi təhsillə imtahanın tələbləri arasındakı funksional uçurumdadır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə DİM arasında koordinasiya daha effektiv qurulmalıdır. Nazirlik imtahan suallarını hazırlamır, o, dövlətin təhsil siyasətini həyata keçirir. Ölçməni isə DİM aparır. Burada məqsəd bir-birini ittiham etmək yox, məktəblər və imtahan standartlarını sinxronlaşdırmaqdır. Mövcud sistem daha çox imtahan mərkəzlidir, halbuki dünya təcrübəsi şagird mərkəzli və bacarıq əsaslı modelə keçir. 11-ci siniflərdə təmayülləşmə daha keyfiyyətli tətbiq olunmalı, şagirdlərin akademik göstəriciləri və məktəbdənkənar fəaliyyətləri də qəbul prosesində nəzərə alınmalıdır”.



Övladı birinci sinifə gedəcək valideynlərin NƏZƏRİNƏ
DİM imtahan nəticələrində ciddi qüsurlara yol verdi
Buraxılış və qəbul imtahanları çətin olacaq
Yeni imtahan modelinin tətbiqinə çox ciddi ehtiyac var - NAZİR
Xarici diplomlar hansı hallarda tanınmır?
Təhsil İnstitutu narazı müəllimlərə müraciət etdi
Açıq suallara görə imtahanların vaxtı artırılacaq?
Abituriyentlərə güzəştlər olacaq? – Dövlət İmtahan Mərkəzindən AÇIQLAMA
Bu şagirdlər üçün əlavə imtahan keçirildi
Cocuq Mərcanlı ödənişsiz sınaq imtahanları keçirilib
İmtahanların vaxtı dəyişə bilər?
Yanvar-fevral aylarında keçiriləcək imtahanların tarixləri açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 