Azərbaycanda universitetlərin paytaxtdan bölgələrə köçürülməsi məsələsi yenidən gündəmə gəlib.
ONN media-nın məlumtına görə, bu mövzu bir neçə gün əvvəl parlamentdə Nazirlər Kabinetinin hesabatı zamanı da müzakirə olunub və uzun müddətdir cəmiyyətdə aktuallığını qoruyur.
Bütün ali təhsil müəssisələrinin Bakından çıxarılması real və məqsədəuyğun deyil. Universitetlər yalnız təhsil ocağı deyil, həm də şəhərlərin ictimai və mədəni mühitini formalaşdıran əsas mərkəzlərdən biridir. Buna görə də yanaşma selektiv və mərhələli olmalıdır.
Hazırda əsas problemlərdən biri ali məktəblərin böyük hissəsinin Bakıda cəmləşməsidir. Bu isə paytaxtda sıxlığın və nəqliyyat tıxaclarının artmasına təsir göstərir. Alternativ model kimi artıq bölgələrdə yeni təhsil ocaqlarının yaradılması diqqət çəkir. Məsələn, Qarabağda fəaliyyət göstərən universitetdə hazırda minlərlə tələbə təhsil alır və qəbul planının gələcəkdə artırılması nəzərdə tutulur.
Qeyd edək ki, bölgələrdə ali təhsil imkanları genişləndirilməli, qəbul planları tədricən artırılmalıdır. Eyni zamanda yeni universitetlərin yaradılması məsələsi də ciddi şəkildə araşdırılmalı, hansı bölgələrdə buna real ehtiyac olduğu müəyyənləşdirilməlidir.
Variantlardan biri kimi artıq fəaliyyət göstərən filialların bazasında müstəqil universitetlərin yaradılması təklif olunur. Zaqatala, Qazax kimi bölgələrdə mövcud olan filialların inkişaf etdirilərək ayrıca ali məktəbə çevrilməsi bu baxımdan mümkün hesab edilir.
Bununla yanaşı, mövcud infrastruktur problemləri də diqqət mərkəzindədir. Paytaxtdakı universitetlərin əksəriyyəti sovet dövründə tikildiyindən kampus sistemi formalaşmayıb. Bu isə həm tədris, həm də tələbə həyatı baxımından ciddi çətinliklər yaradır.
Gələcəkdə yaradılacaq və ya köçürüləcək universitetlər müasir kampus modeli əsasında qurulmalıdır. Buraya yeni tədris korpusları ilə yanaşı, yataqxanalar və tələbələr üçün bütün zəruri şəraitin yaradılması daxildir.



Bu universitetlər Bakıdan köçürülə bilər
Qarabağda smart və rəqəmsal universitetlər?
Universitetlər bu tarixdə açılacaq – Azərbaycanda
Universitetlər Bakıdan köçürüləcək
Universitetlərdə kampus yaradılacaq?
Kolleci bitirənlər ali məktəblərə bu qayda ilə daxil ola biləcəklər
Qarabağda universitetlər tikilir- Haradan başlayacaq?
Təhsil krediti verilən tələbələrin SAYI
AMEA-nın Rəyasət Heyəti ləğv edilir
“Təhsil-Tələbə Krediti Fondu” yaradılır
Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR
Sabahdan universitetlər açılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 