2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbulun nəticələri haqqında statistik məlumatlar açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən ONN media-ya verilən məlumata görə, 2018/2019-cu tədris ilində magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 12387 bakalavr qeydiyyatdan keçib. I mərhələdə müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak edən 7293 bakalavrdan 6388 nəfəri respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olub. Lakin qəbul olan bakalavrlardan təqribən 9%-i qəbul olduğu ali təhsil müəssisəsində qeydiyyatdan keçməyib. Magistraturanın boş qalan plan yerinin müsabiqəsində iştirak etmək üçün isə 631 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 448 nəfər magistraturaya qəbul olub.
Beləliklə, müsabiqənin nəticələrinə əsasən, bu il 6269 bakalavr (Azərbaycan bölməsi üzrə 5752, rus bölməsi üzrə 517) magistratura səviyyəsinə qəbul olunub. Onlardan 2250 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinə qəbul planı 74.87 % dolub. 2104 plan yeri (25.13 %) boş qalıb.
Magistraturaya qəbul 74 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Belə ki, ayrılmış 8373 plan yerinə qeyd olunduğu kimi 6269 bakalavr qəbul olub. Lakin proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, hidrometerologiya, hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi, dağ-mədən mühəndisliyi, nəqliyyat servisi, kosmik texnika və texnologiyalar mühəndisliyi, silah və silah sistemlərinin istehsal texnologiyası, yanğın təhlükəsizliyi mühəndisliyi ixtisaslarına aid 12, 25, 29, 57, 60, 61, 71 saylı proqramlara ayrılmış plan yerləri 100% dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramlar üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi.
Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi, baytarlıq, filologiya və tərcümə, kitabxanaçılıq, dinşünaslıq, balıqçılıq, çoxişlənən malların texnologiyası mühəndisliyi sahələrinə aid 8, 30, 36, 39, 41, 43, 45, 51, 52, 72 saylı proqramlara ayrılmış plan yerlərinin 60%-dən çoxu boş qalıb. Bu proqamlar üzrə də plan yerlərinin dolmayacağı əvvəlcədən məlum idi. Belə ki, həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az idi.
Say etibarilə ən çox bakalavrın müraciət etdiyi 26 (iqtisadiyyat) və 56 (MBA) saylı proqramlar üzrə də plan yerləri müvafiq olaraq 25.5% və 20.3% boş qalıb. Burada da ixtisaslaşma seçiminə buraxılanların sayı plan yerlərindən az olub.



Magistr olmaq istəyənlərin DİQQƏTİNƏ
Magistraturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
Magistraturaya 8203 plan yeri ayrılıb
Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı
Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ: iyulun 5-dək...
DİQQƏT - Nəticələr açıqlandı
DİQQƏT: Nəticələr elan olundu
Müsabiqənin nəticələri elan olunub
DİQQƏT- Nəticələr elan olundu
DİQQƏT: Nəticələr açıqlandı
Magistraturaya ayrılan yerlərlə bağlı açıqlama
Boş qalan plan yerlərinə müsabiqənin nəticələri AÇIQLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 