Azərbaycanın Əməkdar jurnalisti, publisist, nasir Svetlana Nəcəfova vəfat edib. O, 83 yaşında dünyasını dəyişib. Qeyd edək ki, S.Nəcəfova 1938-ci il anadan olub. 1955-1960-ci illər Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə o zamankı "Pioner” jurnalında başlayıb. Burada 15 il ərzində texniki redaktor və şöbə müdiri olub. 1973-1977-ci illərdə "Azərbaycan qadını" jurnalı redaksiyasında şöbə redaktoru, 1977-1992-ci illərdə isə baş redaktorun müavini vəzifələrində çalışıb. 1996-2003-cü illərdə "Respublika" qəzeti redaksiyasında şöbə müdiri olan jurnalist 2003-2008-ci illərdə televiziya sahəsində çalışmaqla da zəngin peşə yolu keçib. S.Nəcəfova ədəbi yaradıcılığa ötən əsrin 60-cı illərindən başlayıb. Çoxsaylı oçerk və hekayələr, dərin məzmunlu publisistik məqalələr, kitablar müəllifi olan həmkarımızın əməyi ali səviyyədə yüksək qiymətləndirilib. O, "Əməkdə fərqlənmə görə” medalına, fəxri fərmanlara, müxtəlif mükafatlara və əməkdar jurnalist fəxri adına layiq görülüb. Allah rəhmət eləsin!
Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi



Aydın Abiyev vəfat etdi
4 sentyabr Abbas Abdullanın anım günüdür
Azərbaycanlı yazıçı VƏFAT ETDİ
Tanınmış jurnalist vəfat etdi
İntiqam Mehdizadə vəfat etdi
Bu gün Fərman Kərimzadə vəfat etdiyi gündür
17 mart Fərman Kərimzadənin vəfat etdiyi gündür
Lənkəran Dövlət Universitetinin əməkdaşı vəfat edib
13 may Hikmət Ziyanın doğulduğu gündür
BDU-nun şöbə müdiri vəfat etdi
13 may Hikmət Ziyanın doğulduğu gündür
Əfqan Abdullayevə YÜKSƏK VƏZİFƏ VERİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 