Unutmayaq, unutdurmayaq! Azərbaycanın xalq şairi, Zəlimxan Yusif oğlu Yaqubov 1950-ci il yanvarın 21-də qədim Türk yurdu Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb. 1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü, 1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub. İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti “Qələbə bayrağı”nda dərc edilib. Məmməd Araz ədəbi mükafatı (1995) ilə, “Şair harayı”, “Vətən yaralar”, “Sizi qınamıram” və “Ziyarətin qəbul olsun” kitabına görə H.Z.Tağıyev adına mükafatla (1995), “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” ordeni ilə təltif olunub. 1983-cü ildən AYB-nin üzvü olub. 2005-ci ildə “Azərbaycanın xalq şairi” fəxri adına layiq görülüb. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Allah rəhmət eləsin.
Bu gün Zəlimxan Yaqubovun doğum günüdür



Adım yaddaşlardan silinməyəcək! - Zəlimxan YAQUB
4 sentyabr Abbas Abdullanın anım günüdür
20 fevral Əliağa Kürçaylının doğulduğu gündür
20 fevral Əliağa Kürçaylının doğulduğu gündür
Qaldı arxada artıq ömrün xöşbəxt illəri - Əliağa Kürçaylı
Fəttah Heydərov vəfat etdi
Azərbaycanlı yazıçı VƏFAT ETDİ
14 oktyabr Məmməd Arazın doğulduğu gündür
14 oktyabr Məmməd Arazın doğulduğu gündür
Məmməd Araz
Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi
İntiqam Mehdizadə vəfat etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 