Unutmayaq, unutdurmayaq!
27 oktyabr 1938-ci ildə dönəmin ziyalı qadını ilk azərbaycanlı pianoçulardan biri Qayıbova Xədicə xanım Osman qızı Stalin dövrünün qurbanı olaraq güllələnmişdir.
Xədicə xanım 1893-cü ildə Tiflisdə məşhur müsəlman ruhanisi Osman Müftizadənin ailəsində dünyaya gəlmişdi. Atası Osman Müftizadə qızına mükəmməl təhsil vermək arzusunda idi. Ona görə də bütün imkanlardan istifadə edərək onun Müqəddəs Nina qızlar məktəbinə daxil olmasına yardım göstərdi. Uşaq yaşlarından musiqi istedadı ilə fərqlənən Xədicə Qayıbova ilk musiqi təhsilini elə burada alır, elementar musiqi nəzəriyyəsi, fortepianoda çalmağı öyrənir. Bir müddət Xədicə xanım Tiflisdəki tatar məktəbində dərs deyir. 1919-cu ildə həyat yoldaşı Nadir Qayıbovla birlikdə Bakıya köçür.
Xədicə Qayıbovanın evi əsl musiqi ocağı idi. Onun evində mütəmadi olaraq musiqi məclisləri keçirilirdi. O dövrün ziyalıları, musiqiçiləri, şair və yazıçıları, elm xadimləri, aktyorları bu ocağa toplaşırdı. Ü.Hacıbəyov, F.Köprülüzadə, R.Qlierin, L.Rudolf, M.Pressman, Sarabski, Bülbül, eyni zamanda, Azərbaycanın və Türkiyənin dövlət adamlarının, görkəmli ziyalılarının iştirak etdiyi musiqi gecələrində Xədicə Qayıbova Azərbaycan milli musiqisinin gələcəyi, xalq nəğmələrinin mühafizə olunması, qadın musiqiçilərin təhsil imkanları haqda müzakirələr keçirmişdir.
1920-ci illərin əvvəllərində Xalq Maarif Komissarlığı nəzdində olan Şərq müsiqi şöbəsinin müdiri təyin olunmuşdu. 1927-ci ildə konservatoriyaya daxil olmuş, eyni zamanda teatr texnikumunda dərs demiş və elmi – tədqiqat işi ilə məşğul olmuşdur.
1938-ci il martın 16-da Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin 3-cü şöbə rəisinin müavini milliyətcə erməni olan leytenant Tevosyan belə bir arayış tərtib edib: "Türk və İngilis qərarqahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş, Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub.
Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində musavat partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizləmiş və onun qaçması üçün şərait yaratmışdır. M. Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvü kimi həbs edilmişdir.
Məhz bu arayışa əsasən Xədicə xanım 1938-ci il martın 17 də həbs edilib və sonra güllələnib
Daha sonralar Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən Qayıbova Xədicə xanım Osman qızı günahsız hesab olunaraq represiya qurbanı kimin bəraət verilmişdir.
Allah rəhmət eləsin.



Represiya qurbanı ilk azərbaycanlı pianoçu Xədicə xanım
24 may Xədicə xanımın doğulduğu gündür
"Cennifer Lopez məni yamsılayır"
27 OKTYABR ASƏF ZEYNALLININ VƏFAT ETDİYİ GÜNDÜR
BƏDBƏXT HADİSƏ: BDU- nun tələbəsi vəfat edib
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
A-Qroup Xədicə-nin yetkinlik yaşına qədər bütün tibbi xərclərini öz üzərinə götürdü
5 aprel Asəf Zeynallının doğulduğu gündür
Bu gün Asəf Zeynallının vəfat etdiyi gündür
26 fevral Fatma Muxtarovanın doğulduğu gündür
5 aprel Asəf Zeynallının doğulduğu gündür
16 mart Vaqif Mustafazadənin doğulduğu gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 