Unutmayaq, unutdurmayaq! Xədicə Qayıbova 24 may 1893-cü ildə ailəsinin altıncı uşağı olaraq Tiflisdə dünyaya gəlmişdir. Atası torpaq idarəsində çalışan və Tiflisin məşhur ruhanilərindən olan Osman bəy Müftizadə, anası isə XIX əsrdə burada məskunlaşan tatar əsilli Terequlovlar ailəsinə mənsub Züleyxa xanım idi. Atası qızına mükəmməl təhsil vermək arzusunda idi. Ona görə də bütün imkanlarından istifadə edərək onun Müqəddəs Nina Qızlar məktəbinə daxil olmasına nail oldu. Xədicə xanım burada orta təhsillə yanaşı, eyni zamanda mükəmməl fortepiano təhsili də aldı. 1911-ci ildə Xədicə xanım “Qızıl xaç nişanı” ilə orta təhsilini başa vurmuş, eyni zamanda professor N. Nikolayevin fortepiano sinfində xüsusi kurs keçərək Qızıl haşiyəli diploma layiq görülmüşdür. Xədicə Qayıbovanın evi əsl musiqi ocağı idi. Onun evində mütəmadi olaraq musiqi məclisləri keçirilirdi. O dövrün ziyalıları, musiqiçiləri, şair və yazıçıları, elm xadimləri, aktyorları bu ocağa toplaşırdı. Ü.Hacıbəyov, F.Köprülüzadə, R.Qlierin, L.Rudolf, M.Pressman, Sarabski, Bülbül, eyni zamanda, Azərbaycanın və Türkiyənin dövlət adamlarının, görkəmli ziyalılarının iştirak etdiyi musiqi gecələrində Xədicə Qayıbova Azərbaycan milli musiqisinin gələcəyi, xalq nəğmələrinin mühafizə olunması, qadın musiqiçilərin təhsil imkanları haqda müzakirələr keçirmişdir. 1920-ci illərin əvvəllərində Xalq Maarif Komissarlığı nəzdində olan Şərq müsiqi şöbəsinin müdiri təyin olunmuşdu. 1927-ci ildə konservatoriyaya daxil olmuş, eyni zamanda teatr texnikumunda dərs demiş və elmi – tədqiqat işi ilə məşğul olmuşdur. 1938-ci il martın 16-da Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin 3-cü şöbə rəisinin müavini milliyətcə erməni olan leytenant Tevosyan belə bir arayış tərtib edib: "Türk və İngilis qərarqahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş, Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində musavat partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizləmiş və onun qaçması üçün şərait yaratmışdır. M. Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvü kimi həbs edilmişdir. Məhz bu arayışa əsasən Xədicə xanım 1938-ci il martın 17 də həbs edilib və sonra güllələnib. Daha sonralar Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən Qayıbova Xədicə xanım Osman qızı günahsız hesab olunaraq represiya qurbanı kimi bəraət verilmişdir. Allah rəhmət eləsin.
24 may Xədicə xanımın doğulduğu gündür



27 oktyabr Xədicə xanımın güllələndiyi gündür
Represiya qurbanı ilk azərbaycanlı pianoçu Xədicə xanım
BƏDBƏXT HADİSƏ: BDU- nun tələbəsi vəfat edib
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
"Cennifer Lopez məni yamsılayır"
26 fevral Fatma Muxtarovanın doğulduğu gündür
A-Qroup Xədicə-nin yetkinlik yaşına qədər bütün tibbi xərclərini öz üzərinə götürdü
Bu gün Nihal Atsızın doğulduğu gündür
16 mart Vaqif Mustafazadənin doğulduğu gündür
Dükana Ərdoğanın şəklini asan şəxs CƏZALANDIRILDI
Vaqif Mustafazadə 16 dekabrda vəfat edib
Vaqif Mustafazadə 16 dekabrda vəfat edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 