ONN İnformasiya Agentliyi

Qardaşının evinə gəlib ikisini də güllələdi – Qanlı cinayət

Qardaşının evinə gəlib ikisini də güllələdi – Qanlı cinayət
09 Fevral 2022 - 11:34

Qardaşını və arvadını güllələyib öldürdü

ONN media xəbər verir ki, hadisə axşam saat 4 radələrində İstanbulun Silivri məhəlləsində baş verib.

Qardaşı ilə miras məsələsi üstündə mübahisə edən şəxs axşam saatlarında onun evinə gəlib.
İki qardaş evdə yenidən mübahisə etməyə başlayıblar. Qısa müddətdə böyüyən mübahisə davaya çevrilib. Bu zaman böyük qardaş üzərində olan silahı çıxararaq, qardaşını və onun həyat yoldaşını güllələyib. Ağır güllə yarası alan ər arvad elə hadisə yerində keçinib.

Silah səslərini eşidən qonşular polisə xəbər veriblər.

Qanlı cinayəti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png