ONN İnformasiya Agentliyi

Saxta pulla benzin almaq istədi, tutuldu

Saxta pulla benzin almaq istədi, tutuldu
08 Fevral 2022 - 13:27

Beyləqanda yanacaqdoldurma məntəqəsinə saxta əsginas verən şəxs saxlanılıb.

Beyləqan Rayon polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il dekabrın 28-də vətəndaşa 5 ədəd 200 manatlıq saxta əsginas verməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun 2021-ci il dekabrın 23-də 2-ci Aşıqlı kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində operatora 1 ədəd 200 manatlıq saxta əsginas verib 10 litr yanacaq alması da müəyyən edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png