Abşeron rayonunun Məmmədli kəndində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu əsaslı təmir və bərpadan sonra istifadəyə verilib. Aparılan yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 64,55 hektar olan qoruğun ərazisində üç tematik zonadan ibarət muzey, açıq hava konsertləri üçün nəzərdə tutulan 500 nəfərlik amfiteatr, sənətkar emalatxanaları və mağazalar, yerli sənətkarlar tərəfindən keramika, şüşə, taxta və parça kimi təbii materiallardan hazırlanan suvenirlərin satışı məntəqəsi, parkinq turistlərin ixtiyarına verilib. 2007-ci ildən qoruq statusuna malik Yanardağda, həmçinin, ərazidə tapılan, yerli əhali tərəfindən istifadə edilmiş qədim daşlar və sənətkarlıq nümunələrinin, qaval daşının nümayiş etdirildiyi açıq hava muzeyi yaradılıb. Bundan əlavə, qoruq ərazisində yerli gənc rəssamların əsərlərinin nümayiş olunduğu kafe, əyləncə zonası, uşaqlar üçün oyun meydançası fəaliyyət göstərəcək. Fiziki məhdudiyyətli şəxslərin Yanardağ alovunun ətrafına enməsi üçün xüsusi yol çəkilib. Bütövlükdə qoruq ərazisi abadlaşdırılaraq müxtəlif ağaclar əkilib. Qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. Bu abidələrə “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik tarixə malik və qədim sanduqələrlə zəngin iki qəbiristanlıq, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir. Bu gün keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Xatırladaq ki, 2017-ci il dekabrın 29-da Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olarkən buradakı çatışmazlıqları və qeyri-məqbul şəraitin olduğunu qeyd edərək, qoruqdakı şəraitin qısa müddət ərzində müasir səviyyəyə çatdırılması barədə aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq vermişdi. Yanardağ abidəsinin ərazisi Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir.
Prezidentin tənqidindən sonra “Yanardağ” - FOTOLAR



Əli Əsədov qərar imzaladı
Malik Fətullayev işdən azad edildi
Mayın 18-də bu muzeylər pulsuz olacaq
Prezident və xanımı Yanardağda
Ermənilər 1500 hektaradək Tuqay meşələrini məhv edib - ETSN
Nazirlərimiz Qobustanda ağac əkdi
Şuşada pişiklər üçün sığınacaq yaradıldı
Bakıda bu küçə təmir edildi
Prezident və xanımı Nizami Gəncəvi parkında yaradılan şəraitlə tanış oldu
Sabah “İçərişəhər”də bütün muzeylərə giriş pulsuz olacaq
“Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunun ərazisi yaşıllaşdırılır
Azərbaycanda tarix və mədəniyyət qoruqlarının yarım milyona yaxın ziyarətçisi olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 