Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri ilə birgə növbəti reyd keçirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, reyd zamanı Şıx çimərliyi ərazisində fəaliyyət göstərən " 1001 gecə", "Eldorado", "Aqua Park" və "Dostluq" istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdıldığı aşkar edilib. Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə istirahət mərkəzlərinə cavabdeh şəxslər Raul Qasımov, Rəşad Hüseynov, Zaur Hüseynli və Azər İsmayılov barəsində protokol tərtib olunub və onların hər biri 4000 manat məbləğində cərimə edilib. Çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün obyekt sahiblərinə icrası məcburi olan "məcburi göstəriş"lər verilib. "Məcburi göstəriş"lərin tələbləri icra olunmadığı təqdirdə məhkəməyə müraciət olunacaq.
Məşhur istirahət mərkəzlərində BƏRBAT GÖRÜNTÜ - FOTO



Bu istirahət mərkəzləri Xəzəri çirkləndirir
Bu obyekt sahibləri cəzalandırılıb
Xəzər sahili zonasında reydlər davam etdirilir
Goranboyda qanunsuz ağac kəsilib
Bakı Metropoliteni cərimələnəcək
Məişət tullantılarını yandıran şəxs cərimələnib
ETSN reyd keçirdi- Lənkəranda...
Nazirlik bu istirahət mərkəzlərini cəzalandırdı
Vəzifəli şəxsi iki min manat cərimələndi
Bu obyektlər cərimələndi
Bu çimərliklərə getməyin! - Nazirlik AÇIQLADI
İki nazirlik tərəfindən reyd keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 