Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağında birgə reydlər davam etdirilir.
ONN media xəbər verir ki, reyd zamanı Sumqayıt şəhəri Xəzər sahili zonasında fəaliyyət göstərən istirahət mərkəzlərində formalaşan çirkab suların və məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə olunmadığı aşkar edilib.
Araşdırma zamanı “Relaks”, “Tural-1”, “Gəmi Qaya”, “Orxan”, “Katamaran”, “Şərur” “Kaspian Standart KO” MMC-yə məxsus “Kaspian Breeze” istirahət mərkəzlərində formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı və “Dostluq” istirahət mərkəzində əmələ gələn məişət tullantılarının isə ərazidə qalaqlandığı məlum olub.
Faktlarla bağlı obyekt sahibləri barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 3100 manat məbləğində cərimə tətbiq edilib. “Kaspian Standart KO” MMC isə hüquqi şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün tərtib olunmuş sənədlər tədbir görülməsi üçün məhkəməyə göndərilib. Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.
Reydlər davam etdirilir.



Nazirlik bu istirahət mərkəzlərini cəzalandırdı
ETSN reyd keçirdi- Lənkəranda...
Bu obyektlər cərimələndi
Məşhur istirahət mərkəzlərində BƏRBAT GÖRÜNTÜ - FOTO
Sumqayıt Su Kanal İdarəsinin rəisi cərimələndi
Bu istirahət mərkəzləri Xəzəri çirkləndirir
Bu obyekt sahibləri cəzalandırılıb
Polis vəzifəli şəxsi cərimələdi - 3 MİN MANAT
DİN və ETSN Bakıda Xəzəri çirkləndirənlərə qarşı reydlərə başladı
Xəzərdə bunu edənlər CƏZA ALDI
DİN və ETSN birgə tədbirlərini davam etdirir
Bu çimərlikləri işlədən şəxslər cərimələndi - SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 