Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən reyd zamanı Sumqayıt şəhəri Xəzər sahili zonasında fəaliyyət göstərən istirahət mərkəzlərində formalaşan çirkab suların və məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə olunmadığı aşkar edilib.
ONN media xəbər verir ki, nazirlikdən verilən məlumata görə, araşdırma zamanı “Relaks”, “Tural-1”, “Gəmi Qaya”, “Orxan”, “Katamaran”, “Şərur” “Kaspian Standart KO” MMC-yə məxsus “Kaspian Breeze” istirahət mərkəzlərində formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı və “Dostluq” istirahət mərkəzində əmələ gələn məişət tullantılarının isə ərazidə qalaqlandığı məlum olub.
Faktlarla bağlı obyekt sahibləri barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinə əsasən, ümumilikdə 3100 manat məbləğində cərimə tətbiq edilib. “Kaspian Standart KO” MMC-nin hüquqi şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün tərtib olunmuş sənədlər tədbir görülməsi məqsədilə məhkəməyə göndərilib. Nöqsanların aradan qaldırılması üçün obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.



Xəzər sahili zonasında reydlər davam etdirilir
ETSN reyd keçirdi- Lənkəranda...
Sumqayıt Su Kanal İdarəsinin rəisi cərimələndi
Məşhur istirahət mərkəzlərində BƏRBAT GÖRÜNTÜ - FOTO
Bu obyektlər cərimələndi
Bu çimərliklərə getməyin! - Nazirlik AÇIQLADI
Bu istirahət mərkəzləri Xəzəri çirkləndirir
Nazirlik “Azərsu”yu məhkəməyə verdi
Qanunları pozanlar cərimə olunub
Bu obyekt sahibləri cəzalandırılıb
Vəzifəli şəxsi iki min manat cərimələndi
Xəzərdə bunu edənlər CƏZA ALDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 