Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük inkişaf yolu keçib. ONN media xəbər verir ki, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Füzuli rayonunun Horadiz şəhərində ərazi ilk partiya təşkilatlarının sədrlərinin müşavirəsi zamanı deyib. Dövlət başçısının siyasətində əhalinin rihaf halının yüksəldilməsinin mühüm yer tutduğunu deyən Baş nazirin müavini qeyd edib ki, əhalinin sosial qayğıya ehtiyacı olan hissəsi də daim xüsusi diqqət mərkəzindədir. Bu baxımdan, qaçqın və məcburi köçkünlərə göstərilən qayğı böyük əhəmiyyət kəsb edir: “Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması əlaqədar həyata keçirilən sosial paketdə çox ciddi məqamlar özünün əksini tapıb. Bu insanların həyatının, yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün dövlət tərəfindən mütəmadi olaraq zəruri tədbirlər görülür, onların müavinətləri ardıcıl olaraq artırılır. Bütövlükdə, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən siyasətin əsas cəhətlərindən biridir. məlumdur ki, bu günə qədər 300 minə qədər məcburi köçkün mənzillə təmin olunub, 110-a yaxın şəhərcik tikilib istifadəyə verilib. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin bariz ifadəsidir”. YAP Sədrinin müavini söyləyib ki, məcburi köçkünlərin maddi sıxıntılarının aradan qaldırılması üçün daim zəruri addmlar atılır. Amma onların mənəvi sıxıntısı var. Bu da həmin insanların doğma torpaqlarının erməni işğalı altında olmasıdır: “Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı “Qarabağ Azərbaycandır!” bəyanatını səsləndirməsi həm ermənilərə və onlara havadarlıq edənlərə ciddi mesajdır. Bu o deməkdir ki, Azərbaycan xalqı səfərbər olunub öz torpaqları işğaldan azad etməyə qadirdir. Prezidentimizin siyasəti bundan ibarətdir ki, münaqişənin həlli ilə bağlı danışıqlar prosesi davam edirsə, problemin sülh yolu ilə həlli imkanları tükənməyibsə bu imkandan sona qədər yaralanmaq lazımdır. Əgər sülh danışıqları nəticə verməyəcəksə, biz ordumuzun gücü ilə ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycan vətəndaşları Prezidentimizin bu mövqeyini dəstəkləyir”.(teleqraf.com)
Prezidentin bəyanatı ermənilərə ciddi mesajdır - Əli Əhmədov



Qaçqın və məcburi köçkünlərə ŞAD XƏBƏR: xərclər 49,5 faiz artırılır
20 min məcburi köçkünə ŞAD XƏBƏR - AÇIQLAMA
Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir
Bu il Kərkicahana ilk köç olacaq – Rəsmi
Məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə baş verdi
Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərildi
30 köçkün ailəsi birinci Qarabağ müharibəsində dağılan evlərinə qayıtdı
Bu tarixdən Zabuxa köç başlayır
Laçına qayıdışla bağlı rəsmi məlumat
Böyük qayıdış üzrə İşçi Qrup yaradıldı
"Qaçqınkom" məcburi köçkünləri məhkəməyə verdi
Məcburi köçkünlərə ŞAD XƏBƏR - Altı mindən çox...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 