Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin 11 ayında ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla 50211 işsiz və işaxtaran şəxs işlə təmin edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən ONN media-ya verilən məlumata görə, nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramına cari ildə 7,3 minədək şəxs cəlb olunub. Onlardan bu günədək artıq 2,7 min şəxsə proqram çərçivəsində mal və materiallar verilərək kiçik ailə təsərrüfatları yaradılıb.
İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması məqsədilə işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı kurslarının təşkili işləri də davam etdirilib. Bu ilin yanvar-noyabr aylarında nazirliyin xətti ilə 2704 nəfər (o cümlədən Dövlət Məşğulluq Xidməti tərəfindən 2468 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 236 nəfər) peşə hazırlığı kurslarına cəlb edilib.
Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr öyrədilib və kursları bitirən şəxslərə peşə şəhadətnamələri verilib.



Nazirlik işəgötürənlərə müraciət etdi
Azərbaycanda bu şəxslərə 250 manat təqaüd verilir - RƏSMİ
Milli Qəhrəmanın ailəsinə ev verildi
Bakıda iş axtaranlara ŞAD XƏBƏR
12 min ailəyə ŞAD XƏBƏR
Azərbaycanda işsizlər üçün YENİ İMKANLAR
İşsizlərin nəzərinə! - Əmək yarmarkası keçiriləcək - SİYAHI
Baş nazirdən qərar- Pul veriləcək
Bu il 2158 məcburi köçkün işlə təmin edilib
Bu nazirliyin bir neçə şöbə və mərkəzi ləğv olundu
Baş nazirdən işsizlərlə bağlı VACİB QƏRAR
Bu şəxslərə işsiz olduğu üçün 250 AZN təqaüd təyin olunur
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 