ONN media xəbər verir ki, Avropa Şurasının (AŞ) Bakı ofisinin təşkilatçılığı ilə "Vətəndaş cəmiyyəti dialoqu" layihəsi çərçivəsində keçirilmiş konfransda iştirak etmək üçün səfərdə olan AŞ-nin Demokratiya Baş Direktorluğunun demokratik idarəçilik departamentinin rəhbəri Daniel Popesku ilə ədliyyə nazirinin müavini Toğrul Musayevin görüşü keçirilib.
Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı üzrə görülən tədbirlərdən danışan nazir müavini qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, bu sahədə qanunvericilik və institusional islahatların aparıldığını vurğulayıb, ötən həftə BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində Azərbaycanın milli məruzəsinin dinlənilməsi zamanı "Vətəndaş cəmiyyəti dialoqu" layihəsi barədə məlumat verildiyini bildirərək layihənin əhəmiyyətini qeyd edib.
Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən D.Popesku layihə ətrafında faydalı fikir mübadiləsi aparıb, onun icrasında Ədliyyə Nazirliyinin əsas tərəfdaş olduğunu vurğulayaraq layihənin uğurla həyata keçirilməsini qeyd edib və əməkdaşlığın bundan sonra da davam etdirilməsi ilə bağlı niyyətini bildirib.
Tədbirdə AŞ-nın Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes iştirak edib.



Ədliyyə Nazirliyində önəmli görüş
İnsan Hüquqları üzrə Avropa komissarı ilə Ədliyyə Nazirliyində görüş
Belarus Vəkillər Kollegiyasının sədri ilə Ədliyyə Nazirliyində görüş
Elnur Məmmədov Volkerlə görüşdü- Rəsmi
Nazir bir sıra beynəlxalq görüşlər keçirdi
Notariat sahəsində islahatlara beynəlxalq maraq artır
Azərbaycan və Türkiyə hüquqi sahədə səmərəli əməkdaşlıq edir
Ədliyyə Nazirliyində “açıq qapı” günü keçirildi
ABŞ Azərbaycana 400 min dollar ayırdı
Parlamentdə əfv və amnistiya ilə bağlı dinləmə keçiriləcək
Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri ədliyyə və daxili işlər nazirlərinin görüşü keçirilib
Ölkəmiz beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 