Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan məhkəmə-hüquq islahatları çərçivəsində ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsinə, əhalinin müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilir, bu məqsədlə müasir infrastruktur yaradılır.
Ədliyə Nazirliyi Mətbuat Xidmətindən ONN media -ya verilən məlumata əsasən, dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində son illər paytaxtda və bölgələrdə müasirliyi ilə fərqlənən və ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni ədliyyə və məhkəmə bina və kompleksləri tikilib istifadəyə verilib, o cümlədən hazırda 7 məhkəmə üçün yeni binaların intensiv inşası aparılır. Bir çox bina və komplekslərin açılışlarında dövlətimizin başçısı şəxsən iştirak edib, müvafiq tövsiyə və göstərişlər verib.
Azərbaycan ədliyyəsinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində ölkə başçısının tapşırıqlarına uyğun olaraq dövlət büdcəsi hesabına Zaqatala rayonunda ədliyyə orqanları və məhkəmə üçün yeni inşa olunmuş müasir binanın açılışı olub.
Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin Zaqatala rayonundakı abidəsi ziyarət olunaraq xatirəsi dərin ehtiramla yad olunub.
Açılış mərasimində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, rayon rəsmiləri, hakimlər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tanışlıq zamanı bildirilib ki, bina ümumi sahəsi 2.300 m2 olmaqla üç mərtəbədən və zirzəmi qatından ibarətdir. Digər yeni tikilmiş məhkəmə binalarında olduğu kimi, burada fəaliyyət göstərən rayon məhkəməsi də ictimai və inzibati zonalara bölünməklə müasir İKT-lə təchiz olunub, bu zaman ölkə Prezidentinin tapşırığına uyğun olaraq "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastruktur yaradılıb, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən və audio-video yazılışları aparan sistem və digər avadanlıqlar quraşdırılıb. Həmçinin, konfrans və iclas zalları, arxiv və digər xidməti otaqlar mövcuddur.
Eyni zamanda, müasir texnologiyalarla təchiz olunmuş binada yerləşən Zaqatala rayonu icra və probasiya, qeydiyyat şöbələrinin fəaliyyəti, o cümlədən təntənəli nikah mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılıb.
Mərasimdə çıxış edən ədliyyə naziri ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi tərəqqisinin təmin olunduğunu vurğulayıb, ədliyyə və məhkəmə sahəsində aparılan islahatlar və yeniliklər barədə məlumat verib.
Bildirilib ki, dövlət başçısının tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar nəticəsində məhkəmə sistemi təkmilləşdirilib, yeni məhkəmələr və məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanları təsis olunub, hakimlərin Avropada ən şəffaf seçim qaydaları müəyyən edilib.
Nazir ədliyyə və məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən tədbirlərin bu sahədə fəaliyyətin yüksək səviyyədə təmin olunmasına, vətəndaşların müraciət imkanlarını artırmaqla əlçatanlığın asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına xidmət edəcəyini qeyd edib.
Dövlət Bayrağı Gününün qeyd olunduğu bu ərəfədə istifadəyə verilən binada, həmçinin qabaqcıl İKT-lərin, elektron informasiya sistemlərinin tətbiqi üçün lazımı şəraitin yaradıldığı bildirilərək, onların fəaliyyətdə aşkarlığın təmin edilməsinə, süründürməçiliyin qarşısının alınmasına böyük töhfə verəcəyi vurğulanıb.
Mərasimdə çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov və digər natiqlər respublikamızın hərtərəfli tərəqqisinə, ədalət mühakiməsinin səmərəliliyinə, ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsinə verdiyi müstəsna əhəmiyyətə və xüsusi qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.



Ədliyyə Nazirliyində CISCO şirkətinin nümayəndə heyəti ilə görüş
Nazir Kürdəmirdə vətəndaşları qəbul etdi
Bu nazirliyin səlahiyyətləri artırıldı
Nazir Xaçmazda vətəndaşları qəbul etdi
Ədliyyə naziri Ağdaşda vətəndaşları qəbul edib
7 məhkəmə sədrinin səlahiyyətinə xitam verildi
İlham Əliyev onları təbrik etdi
Ədliyyə nazirliyində yeni təyinatlar olub
Şəki Apellyasiya Məhkəməsinin məlumatı
Nazir bir sıra beynəlxalq görüşlər keçirdi
Ədliyyə naziri Balakən rayonunda vətəndaşları qəbul etdi
İnsan Hüquqları üzrə Avropa komissarı ilə Ədliyyə Nazirliyində görüş
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 