AMEA-nın Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Naxçıvantəpə qədim yaşayış yerində arxeoloji tədqiqatlara başlayıb. AMEA-dan ONN media -ya verilən məlumata görə, Naxçıvançayın sağ sahilində, dəniz səviyyəsindən 853 metr yüksəklikdə yerləşən yaşayış yerində arxeoloji qazıntılar iyulun 1-dən aparılır. İki hektardan çox əraziyə malik olan yaşayış yerinin əsasən 300 kvadratmetr sahəsində tədqiqatlar davam etdirilir. Qazıntının aparılmasında məqsəd Cənubi Qafqaz ilə Yaxın Şərq mədəniyyətləri arasındakı əlaqələrin, eyni zamanda məskunlaşma tarixinin öyrənilməsidir. Tədqiqatlar zamanı torpaq laylarının altından qədim evlərin qalıqları, ocaq yerləri, obsidian parçaları, boyalı basma naxışlı keramika nümunələri və müxtəlif əmək alətləri aşkarlanıb. Tapıntılar içərisində dən daşları tək-tək nümunələrlə təmsil olunur. Keramika məmulatı başlıca olaraq eramızdan əvvəl V minilliyin birinci yarısı üçün xarakterikdir. Onların əsas xüsusiyyəti Dalmatəpə tipli boyalı və basma naxışlı olmasıdır. Ərazidən aşkarlanan maddi nümunələrə əsaslanan tədqiqatçılar qədim yaşayış yerini Eneolit dövrünün erkən mərhələsinə aid edirlər.
Qeyd edək ki, Naxçıvantəpədə arxeoloji tədqiqatlar bu ayın sonunadək aparılacaq.Naxçıvantəpədə arxeoloji tədqiqatlar aparılır



Şəkidə yeni qədim abidə aşkar edildi
Damcılı mağarasında arxeoloji qazıntılar aparılır
Qəbələ aeroportunda elə birşey tapıldı ki...
Xınalıqda nadir tapıntılar aşkarlandı
Yardımlıda qədim abidələr aşkar edildi
Cəlilabadda qədim məzarlıq tapıldı
Lələtəpədə qazıntı aparıldı, yeni tapıntılar üzə çıxdı
Peyğəmbərin yaxın silahdaşının məzarı tapılıb
Görkəmli alim Vəli Əliyev dünyasını dəyişib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva muzeyin açılışında
Türk tarixinə aid arxeoloji kitabənin sirri məlum oldu- Foto
Şəkidə küp qəbir tapıldı - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 