Bakı metrosundan istifadə qaydalarını pozaraq vaqonda siqaret çəkənin kimliyi məlum olub.
DİN-dən ONN media-ya verilən məlumata görə, videogörüntülərdəki şəxsin əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu olduğu müəyyən edilib. Həmin görüntülər isə 15 iyul 2019-cu il tarixində “28 May” - “Həzi Aslanov” stansiyaları arasında hərəkət edən vaqonda lentə alınıb. Metropolitendən istifadə qaydalarını pozan şəxs saxlanılaraq şöbəyə gətirilib və o, törətdiyi əməli etiraf edərək peşman olduğunu bildirib.
Faktla bağlı Ceyhun Fərəcullayev barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 306.4 - metropolitendən istifadə qaydalarının pozulması, keçidlərdə və platformalarda, vaqonlarda siqaret çəkmə maddəsi ilə protokol tərtib edilib və o, cərimə edilib.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, stansiya ərazilərində olan zaman qarşılaşdıqları qanun pozuntuları və digər xoşagəlməz hallar barədə istənilən vaxt Bakı Metropolitenində Polis Şöbəsinə dərhal məlumat versinlər.



Gəncədə avtoxuliqanlıq edən şəxs həbs olundu
İmişlidə 162 min manatlıq dələduzluq edən şəxs tutulub
"06" ilə avtoşluq edən şəxs ƏLƏ KEÇDİ - DİN
Yük maşını ilə "avtoşluq" edən şəxs HƏBS EDİLDİ
Polis ziyarətgaha toplaşanları saxladı - 19 nəfər CƏZA ALDI
Cəlilabadda toy keçirənlər CƏZA ALDI
Polis Şəmkirdə toy məclisinə basqın etdi
Azərbaycanda tibb işçisindən ŞOK ADDIM: koronavirus xəstəsini...
Siqaret çəkdiyi üçün saxlanıldı – Azərbaycan şəhərində qəribə olay
Bunu edən 169 nəfər cərimələndi - DİN
Bakı metrosunda tibbi maska satan şəxs tutuldu - YENİLƏNİB
Polis şirniyyat sexinə basqın etdi - 18 nəfər CƏZA ALDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 