Qurban bayramında istənilən dindən olan kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı keçirilən "Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfransda deyib. F.Nurullayev Qurban bayramının ən gözəl xüsusiyyətlərindən birinin din, məzhəb ayrı-seçkiliyinə yol verilməməsi olduğunu bildirib: "Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər". Konfransda çıxış edən Komitə sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından, dini mərasimlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasından, həmçinin milli-mənəvi irsimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən söhbət açıb. O, eyni zamanda, müxtəlif dini mərasimlərin, müqəddəs bayramların tarixi xüsusiyyətləri, milli aspektləri və müasir dəyərlər sistemindəki yeri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. S.Salahlı vurğulayıb ki, İslam dünyasının ən müqəddəs bayramlarından hesab olunan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur, İslamda bu bayram xüsusi mahiyyət və əhəmiyyət kəsb edir, onun əsasında Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığı durur.(Trend)
Qurban bayramında yoxsulun haqqı var ki... - QMİ rəsmisi



Azərbaycanda Qurban bayramı nə vaxt qeyd ediləcək?
Dövlət Komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi
Azərbaycanda qadınlar da dini ayin icra edə biləcəklər
Azərbaycan əhalisinin neçə faizi dindardır?
Qurban ətinin əvəzinə ehtiyacı olan şəxsə pul vermək olar? - AÇIQLAMA
Qeydiyyatdan keçən dini icmaların sayı açıqlandı
Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SƏRƏNCAM
Dini Komitə Ramazan ayı ilə əlaqədar tədbirlər planı hazırlayıb
Əli Əsədovdan Dövlət Komitəsi ilə bağlı QƏRAR
Bu komitə sədri vəzifəsindən azad olundu
Ramazan bayramında qurban kəsmək olarmı? – Hacı Şahin
Hacı Şahinin yerinə kim keçəcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 