Sentyabrın 1-də müsəlman dünyasında Məhərrəmlik ayının başlanması ilə əlaqədar məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvanın tələblərinə ciddi riayət olunması vacibdir. ONN media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirədə deyib. Komitə rəsmisi bildirib ki, hazırki dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir, terror hadisələri səbəbindən bölgələrdə ictimai sabitlik pozulur: “Dinin əhalinin dinclik və etibarına təsir edəcək şəkildə terrorçu və ekstremist qruplar tərəfindən istismarı dövlət təhlükəsizliyi üçün böyük təhdid yaradır. Bu baxımdan dinin insan mənəviyyatında, əxlaqında və ictimai şüurunda oynadığı mühüm rolun və təsirin doğru məcraya yönləndirilməsi mühüm məsələdir”. Sədr müavininin sözlərinə görə, ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır. Dövlətimizin dini ekstremizmin qarşısının alınması, vətəndaşlarımızın yad dini ideologiyaların təsirindən qorunması, ölkədəki dini durumun sabit saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərin önəminə diqqət çəkən sədr müavini hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amilinin xüsusi rol oynadığını və beynəlxalq güclərin bu vəziyyətdən məharətlə istifadə etdiyini diqqətə çatdırıb. Cəmiyyətdə dini biliklərin yetərsizliyinin insanpərvərlik prinsipləri ilə ziddiyət təşkil edən zərərli fikirlərin, məzhəbçilik və təriqətçilik kimi mənfi təzahürlərin yayılmasına səbəb olduğunu nəzərə çatdıran S.Heydərov bu kimi tendensiyalarla mübarizədə ən səmərəli metodlardan birinin maarifləndirmə işinin gücləndirilməsi olduğunu deyib. Komitə sədrinin müavini çıxışında, həmçinin ölkəmizin təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınmasında ən mühüm vasitə olan vətənpərvərlik, dövlətçilik amallarının, milli-mənəvi irsin, adət-ənənələrin aşılanması, cəmiyyətin, xüsusilə gənc nəslin dini dözümlülük və tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi ruhunda tərbiyə olunmasının önəmindən danışıb. (Trend)
Dövlət Komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi



Azərbaycanda qadınlar da dini ayin icra edə biləcəklər
Dini Komitə Ramazan ayı ilə əlaqədar tədbirlər planı hazırlayıb
Məhərrəm ayı bu tarixdə başlayacaq
Əli Əsədovdan Dövlət Komitəsi ilə bağlı QƏRAR
Azərbaycanda Məhərrəmlik ayı nə zaman başlayacaq?
Məscidlərdə monitorinqlər aparılır
Qurban bayramında yoxsulun haqqı var ki... - QMİ rəsmisi
Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə keçiriləcək
Azərbaycan məscidlərində bir ilk
Qan vermək istəyənlərin NƏZƏRİNƏ
Qafqaz Müsəlmanları İdarəsindən “Məhərrəmlik” AÇIQLAMASI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 