Bakıda keçiriləcək "Qarabağ" - "Sevilya" oyunu ilə bağlı Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq. ONN media bildirir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, bununla bağlı tədbirlər planı hazırlanıb: "Plana əsasən, oyunla bağlı metro bu gün gücləndirilmiş iş rejimində çalışacaq. Əsasən, metronun "Gənclik" və "Nəriman Nərimanov" stansiyaları gücləndirilmiş rejimdə işləyəcək. Oyun saat 20:55-də başlandığı üçün metro stansiyalarının gecə saat 00:00-dan sonra işləməsinə ehtiyac qalmayacaq. Çünki son vaxtların təcrübəsi bunu deməyə əsas verir ki, əsasən oyundan sonra sərnişinləri daşımaq üçün maksimum 1 saat vaxt lazım olur. Bu da metronun ümumi iş saatına düşür. Buna baxmayaraq, stansiyalarda nəzarətçilərin sayı artırılıb, "Gənclik" və "Nəriman Nərimanov" stansiyalarına əlavə işçi qüvvəsi cəlb ediləcək. Oyundan sonra sərnişinlərin sona qədər tam təhlükəsiz daşınması üçün bütün tədbirlər görülüb. Ehtiyat qatarlar hazır vəziyyətə gətirilib. Əgər ehtiyac olarsa, qatarlar arasında interval azaldılacaq və həmin ehtiyat qatarlar xəttə buraxılacaq".
Xatırladaq ki, bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində "Qarabağ" Bakıda Tofiq Bəhərmov adına stadionda "Sevilya" komandasını qəbul edəcək. Oyun Bakı vaxtı ilə 20:55-də başlayacaq. Oyunu ukraynalı hakimlər idarə edəcək.Bakı metrosu gücləndirilmiş rejimə keçir



Bakı metrosu bu gün gücləndirilmiş rejimdə çalışacaq
Sabah metro gücləndirilmiş iş rejimində işləyəcək
Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək - SƏBƏB?
Bakı metrosundan istifadə edənlərə XƏBƏRDARLIQ
Bakı metrosu sabahdan necə işləyəcək? – RƏSMİ
Bakı metrosunda DƏYİŞİKLİK
“Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçir
Metro gücləndirilmiş rejimdə çalışacaq
“Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq
Bu gün Bakı metrosu saat neçədə bağlanacaq?
Metro saat 04:00-a qədər işləyəcək - Səbəb?
Metroda Yeni il gecəsi iş vaxtı uzadılacaq – RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 