Milli Məclisin 2019-cu il payız sessiyası dövründə "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin müzakirəyə çıxarılması gözlənilir. Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev Oxu.Az-a açıqlamasında qida təhlükəsizliyinin həyata keçirilməsi ilə bağlı təkliflərini verib. O deyib ki, Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi tam gücü ilə fəaliyyət göstərir.
Deputat bildirib ki, Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması ilə bağlı iş aparılır. E.Quliyev görüləcək işlərin çox olduğunu da bildirib. "Müasir avadanlıqlarla məhsullar yoxlanılır. Ekoloji təmiz məhsullar olmalıdır. Yoxlamalar getsə də, tez-tez zəhərlənmə hallarına rast gəlinir", - deyə E.Quliyev əlavə edib. Millət vəkili qeyd edib ki, qida təhlükəsizliyi ilə bağlı nəzarət güclü olsa da, görülən tədbirlər buna adekvat deyil: "Bir də görürsən yazırlar ki, filan rayonda 10 nəfər zəhərləndi. Nədən zəhərləndi, buna görə kim məsuliyyət daşıyır? Bu məsələ qabardılmır. Bu da bizi narahat edir. Bəzən işbazlar mənşəyi bilinməyən məhsullardan qida istehsal edirlər". E.Quliyev bildirib ki, məsələyə eyni yanaşma da olmalıdır. O, uşaqların qidalanmasına da diqqət çəkib: "Bizi ən çox maraqlandıran məsələ uşaqların qidalanmasıdır. Azərbaycanda beş yaşına qədər uşaqlar arasında ölüm səviyyəsi hələ dünyadakı orta göstəricilərdən artıqdır. Bu da uşaqların düzgün qidalanmaması və mənşəyi bilinməyən məhsulların uşaqlara verilməsidir. Digər məsələ isə analarla bağlıdır. Ana uşağa minimum altı ay süd verməlidir".Azərbaycanda niyə uşaq ölümü dünyadakı göstəricidən çoxdur? - AÇIQLAMA



BDU tələbəsi qidadan ölməyib - AQTA sədri
7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günüdür
Kafe və restoranlar qarşısında yeni tələblər qoyulur
Azərbaycanda bu qida məhsulları təhlükəli hesab ediləcək
Qida məhsullarının təhlükəsizliyinə dair vəziyyət araşdırılacaq
Dövlət qurumu uşaq bağçalarında yoxlamalara başladı
Pəhriz və uşaq yeməklərinin istehsalına nəzarət artırılacaq
Səhiyyə Nazirliyi bu şəxslərə müraciət etdi
AQTA-dan qida zəhərlənmələri ilə bağlı ÇAĞIRIŞ
Azərbaycanda 6 xəstəxanada pozuntular aşkarlandı - SİYAHI
Qida təhlükəsizliyinin idarə edilməsinə həsr olunmuş təlimə start verilib
İçməli su ilə bağlı vətəndaşlara müraciət
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 