Artıq bir neçə gündür ki, millət vəkili Rafael Cəbrayılovun borc qalmaqalı gündəmi zəbt edib. Millət vəkili Təranə Fətəliyeva və Xatirə Nəcəfova adlı vətəndaşlardan toplam olaraq 600 min dollar məbləğində borc pul aldığı və borc qarşılığında deputat vəsiqəsini girov qoyması barədə xəbərlərlə, bir-birinin ardınca yayılan video və səs yazısı ilə ifşa olunur. Son səs yazısında isə Rəfael Cəbrayılov pulu qaytaracağı vədini verir. Deputat vəsiqəsini girov qoyduğu deyilən millət vəkili ilə bağlı hansı addımın atılacağı bu gün əsas müzakirə olunan mövzulardan birinə çevrilib. "Rafael Cəbrayılovla bağlı məsələni mətbuatdan oxudum. Bunun nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Ancaq onunla bağlı konkret fakt olarsa, hansısa hüquq-mühafizə orqanlarından sənədlərlə, dəlillərlə müraciət edilərsə, hətta müddəti bitmiş olan vəsiqədən istifadə halları təsdiqlənərsə İntizam Komissiyası bu məsələyə mütləq baxacaq və adekvat olaraq reaksiya veriləcək”, - bunu isə Real TV-yə MM-in İntizam Komissiyasının katibi Məlahət İbrahimqızı dedi. Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev isə Rəfael Cəbrayılovun deputat vəsiqəsini girov qoymaqla borc götürməsi məsələsinin rəhbərlik etdiyi komissiyada baxıla biləcəyini dedi. Artıq günlərdir adı hallanan Millət vəkili Rəfael Cəbrayılovla da əlaqə saxladıq. Nəhayət ki, deputat sükutu pozdu. . İddiacı tərəf Təranə Fətəliyeva isə hələ ki, gözləmə mövqeyində olduğunu dedi. Qeyd edək ki, millət vəkili Rafael Cəbrayılovun daha bir şəxsə külli miqdarda borcu olduğu da bu gün üzə çıxıb. Yusif Orucov adlı şəxs Rafael Cəbrayılovun “borc qalmaqalı” barədə mediada yazılanları oxuduqdan sonra özü ilə bağlı problemi də ictimailəşdirmək qərarına gəlib və "Yeni sabah" redaksiyasına müraciət edib. O bildirib ki, 2015-ci ildə Rafael Cəbrayılova 240 min dollar verib. "Biz Rafael Cəbrayılovun Binəqədidə tikdiyi binanın birinci mərtəbəsindən qeyri-yaşayış sahəsi almaq istəyirdik. Bu pulu da onun üçün vermişik. Lakin bir neçə aydan sonra aldandığımızı başa düşmüşük. Bu zamanadək pulu geri ala bilməmişik". Yusif Orucov bağlanmış müqavilənin surətini və kassa mədaxil qəbzini də təqdim edib.



Vəsiqəsini girov qoyan deputatın nə qədər borcu var? - Siyahı
Azərbaycanda deputatın gizli videosu yayıldı
Borc içində üzən deputat vəsiqəsi: MM müzakirə edəcək?
Milli Məclisin İntizam Komissiyası Rafael Cəbrayılovun məsələsinə mütləq baxacaq – Katibdən AÇIQLAMA
Rafael Cəbrayılov məhkəməyə verildi
Rafael Cəbrayılovdan xəbər var
SON DƏQİQƏ: Rafael Cəbrayılov istefa verdi və üzr istədi - Təcili
Sabiq deputatın borclarının siyahısı açıqlandı
Rafael Cəbrayılovla bağlı qərar verilir - İCLAS BAŞLADI
Cəbrayılov borca görə deputat vəsiqəsini girov qoyub?
Rafael Cəbrayılov rüsvayçılığı: özünü necə ifşa etdi
Deputatın daha bir borcu üzə çıxdı: 240 min dollar – FOTOFAKTLAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 