Azərbaycan Xarici İşlər Nazirliyi nazir Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşü barədə məlumat yayıb. Nazirlikdən ONN media-ya bildirilib ki, görüşdə nazirlər iki ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf etdirilən qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin məmnunluq doğurduğunu ifadə ediblər. Nazirlər bölgədə sülh, təhlükəsizlik və dayanıqlı inkişafa ciddi hədə təşkil edən həlli uzadılmış münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Nazir David Zalkaliani Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya bölgələrindəki münaqişənin həlli üzrə aparılan danışıqlardakı vəziyyət barəsində məlumat verib. Öz növbəsində nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Nyu Yorkda ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Xarici İşlər nazirləri arasında keçirilən görüş barədə həmkarını məlumatlandırıb. Tərəflər münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinə hörmət və ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bir daha vurğulayıblar. Nazirlər Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət komissiyalarının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar və dövlət sərhədinin delimitasiyasının qısa müddətdə yekunlaşmasında maraqlarını ifadə ediblər. Tərəflər, həmçinin “Azərbaycan-Gürcüstan-Türkiyə” üçtərəfli platforması çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar. GUAM çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirən Nazirlər, BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində keçiriləcək GUAM Xarici İşlər nazirlərinin görüşünə dair məsələləri müzakirə ediblər. Görüş əsnasında, həmçinin qlobal təhlükəsizlik gündəliyindəki bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Nazirlərin Keçikçidağ müzakirəsi - XİN açıqlama yaydı



Xarici İşlər Naziri ATƏT-in Baş katibi ilə görüşüb
Nyu Yorkda ABŞ-Azərbaycan münasibətləri müzakirə olundu
Məmmədyarov İsveçin Xarici işlər naziri ilə görüşüb
XİN başçısı Quterreşlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi
Elmar Məmmədyarov: Danışıqlar oktyabrda davam etdiriləcək
Elmar Məmmədyarov Baş Beynəlxalq Böhran Qrupunun prezidenti Robert Maley ilə görüşüb
Münaqişə yalnız bu yolla həll olunacaq- Paşinyan
Lavrov və Drian Qarabağı müzakirə ediblər
Məmmədyarov Polşa Seyminin spikerini Azərbaycana dəvət etdi
Elmar Məmmədyarov həmsədrlərlə görüşdü
Nazir Avropa İttifaqını cəbhədəki vəziyyətlə bağlı məlumatlandırdı
Elmar Məmmədyarov polşalı həmkarı ilə görüşüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 