Bakıda fəaliyyət göstərən Rus Kitab Evində oxuculara tarix, detektiv, psixologiya, fəlsəfə, din, elmi, bədii və uşaq ədəbiyyatına dair nümunələr təqdim edilir. ONN media xəbər verir ki, oktyabrın 10-da Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub. Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış etdi. Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyinin əlamətdar hadisə olduğunu vurğulayan Prezidentin köməkçisi dedi ki, bu, postsovet məkanında Rusiya və xarici ölkə yazıçılarının müxtəlif janrlarda rus dilində nəşr olunmuş kitablarının təqdim edildiyi ilk ixtisaslaşdırılmış mağazadır. Fəaliyyətdə olduğu illər ərzində bu mağaza həm oxucuların sevimli yeri, həm də millətlərarası həmrəyliyin möhkəmlənməsi və Azərbaycan ilə Rusiyanın mədəni-humanitar əlaqələrinin dərinləşməsi üçün əlverişli məkan olub. Son iki əsr ərzində olduğu kimi, ölkələrimizin və xalqlarımızın bu gün də dostluq və mehriban qonşuluq ənənələrini davam etdirdiyini vurğulayan Əli Həsənov bildirdi ki, dərin köklərə malik olan bu ənənələr hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur. Ən əsası odur ki, dövlət müstəqilliyi bərpa ediləndən sonra biz tarixən yaranmış ənənələri qoruyub saxlamağa və artırmağa, onları keyfiyyətcə yeni səviyyəyə çatdırmağa nail olmuşuq. Şübhəsiz, bunda həm strateji əməkdaşlığın təməlini qoymuş ümummilli lider Heydər Əliyevin, həm də dövlətlərimizin indiki rəhbərləri cənab İlham Əliyevin və cənab Vladimir Putinin çox böyük xidmətləri olub. İndiki mərhələdə Azərbaycan-Rusiya münasibətlərinin daha da möhkəmləndiyini qeyd edən Prezidentin köməkçisi dedi ki, bu əlaqələr siyasi və ticari-iqtisadi sahələrdən enerji və humanitar sahələrə qədər demək olar ki, bütün sferaları əhatə edir. Dövlət başçılarının mütəmadi qarşılıqlı səfərləri və beynəlxalq forumlar çərçivəsində görüşləri ikitərəfli faydalı və konstruktiv tərəfdaşlığın gələcək inkişafına təkan verir. Azərbaycanın postsovet məkanında rus dilinə böyük hörmət bəslənən azsaylı ölkələrdən biri olduğunu diqqətə çatdıran Əli Həsənov dedi: “Hələ çar Rusiyası dövründə və sovet hakimiyyəti dönəmində Azərbaycan dünyaya pəncərə, həm rus, həm də dünya mədəniyyəti, ədəbiyyatı və elmi ilə ünsiyyət vasitəsi olub. Yeri gəlmişkən, yüz il bundan əvvəl Azərbaycanda ilk ali məktəbin – Bakı Dövlət Universitetinin açılması Rusiyanın aparıcı alimlərinin cəlb edilməsi sayəsində mümkün olub. Bu alimlər arasında rektor vəzifəsinə dəvət edilmiş professor Vasili Razumovski də vardı. Məlum olduğu kimi, başlanğıc mərhələdə universitetdə tədris yalnız rus dilində aparılırdı. Sovet dövründə isə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə istedadlı Azərbaycan gəncləri təhsil almaq üçün Rusiyanın aparıcı ali məktəblərinə göndərilirdi. Yadımdadır, Heydər Əliyev tələbələri təhsil almağa yola salarkən onlara rus dilini mükəmməl öyrənməyi tövsiyə edirdi. Rus dili müxtəlif ədəbiyyata yol açır, dünyagörüşünü və bilikləri zənginləşdirirdi. Sevindirici haldır ki, ən müxtəlif istiqamətlərə aid ixtisaslara yiyələnmiş kadrlar respublikaya qayıdandan sonra Azərbaycanın inkişafına öz töhfələrini veriblər. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra da rus dili özünün millətlərarası dil mövqeyini itirməyib, ona əvvəlki kimi ehtiyac var. Buna parlaq sübut kimi bir faktı göstərmək olar ki, respublikamızın 300-dən çox ümumtəhsil məktəbində tədris rus dilində aparılır. Yeri gəlmişkən, son illərdə tədrisin rus dilində aparıldığı siniflərə tələbat artır. Demək olar ki, bütün dövlət ali məktəblərində və özəl ali məktəblərin bəzilərində təhsil fəaliyyəti paralel olaraq Azərbaycan və rus dillərində aparılır. Əhalinin əksəriyyəti rus dilini sərbəst bilir, böyüməkdə olan nəsil bu dili öyrənməyə ciddi maraq göstərir”. Bakının xəritəsində Puşkinin, Lermontovun, Tolstoyun adlarını daşıyan küçələrin olduğunu söyləyən Prezidentin köməkçisi bildirdi ki, Yesenin və Lermontov muzeylərində bu şairlərin ölkəmizdə olması ilə bağlı xatirələr qorunub saxlanılır. “Puşkin mövzusu”nun davamı kimi qeyd etmək istərdim ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan paytaxtındakı mərkəzi bağların birində böyük rus şairi Aleksandr Puşkinə heykəl ucaldılıb. Ölkəmizdə Slavyan Universiteti və Səməd Vurğun adına Rus Dram Teatrı fəaliyyət göstərir, teatrlarımızın çoxunda rusdilli truppa var. Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi və rusdilli yazıçıların “Luç” Assosiasiyası fəaliyyət göstərir. Rusiyanın iki aparıcı ali məktəbinin – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb. Bundan əlavə, rus dilində qəzetlər və jurnallar, dərsliklər və bədii ədəbiyyat nəşr olunur, televiziya və radio kanallarında verilişlər translyasiya edilir, Rusiyanın çoxsaylı dövri mətbu nəşrləri satılır. Əli Həsənov xüsusi vurğulayıb ki, Cənubi Qafqazda etnik rusların ən böyük icması Azərbaycanda yaşayır. Onlar öz ana dilini, mədəniyyətini və milli ənənələrini qoruyub saxlayıblar. Onlar cəmiyyətin ictimai-siyasi, elmi-mədəni və sosial-iqtisadi həyatında geniş təmsil olunurlar, dövlətçiliyimizin möhkəmlənməsində fəal iştirak edirlər. Şübhəsiz ki, bütün yuxarıda deyilənlər hər iki ölkənin və xalqlarımızın qarşılıqlı maraqlarına cavab verən hərtərəfli əməkdaşlığın inkişafına və dərinləşməsinə dəlalət edir. Çıxışının sonunda Azərbaycan Prezidenti İlham Əliyevin “Ölkələrimiz arasında tamdəyərli tərəfdaşlıq, dostluq, mehriban qonşuluq münasibətləri var. Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır” sözlərini xatırladan Əli Həsənov deyib: “Əminəm ki, bu tədbir humanitar əməkdaşlığımızın daha da möhkəmlənməsinə öz töhfəsini verəcək və bizi daha da yaxınlaşdıracaq. Rus Kitab Evinə uğurlu fəaliyyət və çoxlu sədaqətli alıcı, bütün kollektivə möhkəm cansağlığı və işlərində yeni nailiyyətlər arzu edirəm”. Tədbirdə Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov, Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası işləri üzrə və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov, Azərbaycan Rus İcmasının sədri, Milli Məclisinin deputatı Mixail Zabelin, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiya yazıçısı, publisist Yuri Polyakov, Azərbaycanın Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi, Azərbaycan PEN-klubun prezidenti Çingiz Abdullayev, Moskvadakı A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru Marqarita Rusetskaya, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov, “Avrasiya tədqiqatları institutu” inkişaf fondunun Azərbaycan filialının icraçı direktoru Rauf Həsənov çıxış ediblər.
"Azərbaycan-Rusiya münasibətləri daha da möhkəmlənir" - Əli Həsənov



“Xan xəzinəsi” pulsuz kitab verir - DİQQƏT
İstanbulda Azərbaycan ədəbiyyatına həsr olunan tədbirlər keçirildi
MEK yanvar ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirdi
Əli Həsənov: Azərbaycan-Qazaxıstan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olmuşuq - FOTO
“Baba ocağı” “Kanlı taş” adı ilə nəşr olunub
Əli Həsənov:“Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsində Qazaxıstanda ümummilli həmrəylik var”
Bakıda I "Uşaq Kitab Festivalı” keçiriləcək
Əli Həsənovun doğum günüdür
“Məndən soruşurlar ki, niyə hər kəsin təklifini qəbul edirsiniz?” – Əli Həsənov
“Azərbaycan və çeçen xalqları arasındakı qardaşlıq əlaqələrinə xələl gələ bilməz”- Əli Həsənov
Bakıda kitab sərgisinin açılışı oldu
Rəsulzadənin fransızca kitabı tərcümə edildi
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 