Azərbaycan neçə illərdir etibarlı tərəfdaşımızdır. Rusiya ilə Azərbaycanın münasibətləri daim inkişaf edir. Bizi nəinki iqtisadi, həm də mühüm mədəni, mənəvi tellər, ənənələr birləşdirir. Qarşılıqlı münasibətlərimizdə əldə etdiyimiz gücün daha da artacağına çox ümidvaram. Bu fikirləri Report-a Dövlət Dumasının Millətlər komitəsinin sədri İldar Gilmüddinov deyib. Rusiyalı deputat bu gün iki ölkə arasında həm dövlət, həm də vətəndaşlar səviyyəsində isti və dost münasibətlərinin bərqərar olduğunu qeyd edib: “Həm Azərbaycanda, həm də Rusiyada xeyli birgə tədbirlər keçirilir, onların təşəbbüskarı heç də təkcə dövlət təşkilatları deyil. Məsələn, bu günlərdə Avrasiya Xalqları Assambleyasından olan həmkarlarımız Bakıda olub, birgə görüşlər, tədbirlər keçiriblər. Deməli, vətəndaşlarımız da görüşmək, təmas qurmaq istəyirlər. Bu da ümumi köklərimizdən, yalnız bir yerdə daha irəli getmək mümkünlüyünü dərk etməyimizdən irəli gəlir”. “Ölkəmizi azərbaycanlılarsız təsəvvür edə bilmirəm. Tariximiz də birdir, gələcəyimiz də. Bir yerdə yaşamalı, çalışmalı, dostluq etməli, bir-birimizə kömək olmalıyıq. Əlbəttə ki, bu gün ölkəmizdə müxtəlif xalqlar arasında dostluq, qarşılıqlı anlaşmanın olmasında Azərbaycanın rəhbərliyinin də, ictimai təşkilatlarının da çox mühüm payı var”, - İ.Gilmüddinov bildirib.
Rusiyanı azərbaycanlılarsız təsəvvür edə bilmirəm - Rusiyalı deputat



İlham Əliyev rusiyalı deputatlarla görüşdü
Ermənistanın bundan başqa seçimi yoxdur
Rusiyalı deputatlar Cocuq Mərcanlıda
Azərbaycan və Dağıstan arasında tədbirlər planı imzalanıb
Səfər Mehdiyev Cahit Bağçı ilə görüşdü
Şuşa və Ərzurum şəhərləri qardaşlaşdı
Si Cinpin: Azərbaycan Avrasiya məkanında Çinin əsas tərəfdaşlarından biridir
Parlament sədri: Şimali Kipr xalqı hər zaman Azərbaycanın yanındadır!
İlham Əliyev Putinə məktub göndərdi
Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SƏRƏNCAM
İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında görüş oldu - YENİLƏNİB
Ermənistan dövlətçilik simasını itirə bilər - Rusiyalı politoloq
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 