İyunun 1-də Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında Təranə Novruzova əri Zahid Novruzov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib. ONN media xəbər verir ki, həmin şəxslər Azərbaycan Premyer Liqasının 2014/15 mövsümündə ən çox qol vurmuş futbolçu Nurlan Novruzovun valideynləri imiş. Nurlan Novruzov bu gün keçirilmiş məhkəmə prosesində anasının atası tərəfindən ehtiyatsızlıqdan öldürülmədiyini, qəsdən bu addımı atdığını, əvvəllər də anasını döydüyünü bildirib.
Əvvəllər məhkumluq həyatı yaşamış Laçından olan məcburi köçkün, 61 yaşlı Zahid Novruzov iki güllə ilə öldürdüyü həyat yoldaşını qısqanclığa görə öldürmədiyini bildirib, bunu silahı təmizləyərkən ehtiyatsızlıq etdiyini vurğulayıb. Daha sonra özünü öldürmək istəsə də, silah əlindən sürüşüb və güllə boğaz nahiyəsinə dəyib. Lakin 1 saylı Şəhər Kliniki Xəstəxanasında onun həyatını xilas etmək mümkün olub. Qeyd edək ki, 26 yaşlı Nurlan Novruzov Azərbaycanda “Bakı”, “Sumqayıt”, “Zirə”, “Səbail”, Türkiyədə “Dərsim 62 Spor” və “Şanlıurfa Bələdiyəspor” klublarında oynayıb. O, iyulun 25-də Moldovanın “Dinamo-Avto” klubu ilə müqavilə imzalayıb. 2012-ci ildə Hafiz Məmmədova məxsus “Bakı” klubu ilə ölkə kubokunu qazanmış Nurlan Novruzov 2014/15 mövsümündə bu klubun heyətində çıxış edərkən Premyer Liqanın bombardiri olub. Əvvəllər 19 və 21 yaşadək millimizin üzvü olmuş hücumçu 2015-ci ilin avqustunda Robert Prosineçki tərəfindən milliyə çağırılsa da, sonra heyətdən uzaqlaşdırılıb.Əri tərəfindən öldürülən qadın millimizin sabiq futbolçusunun anası imiş



Türkiyədə oynayan azərbaycanlı futbolçuya AĞIR İTKİ üz verdi
Azərbaycanda daha bir qadın cinayəti
Siyavuş Novruzovu kim əvəz edəcək? – AÇIQLAMA
YAP Siyavuş Novruzovun adını siyahıdan ÇIXARDI
Nəsibə Zeynalovanın oğlu ilə gəlinindən MARAQLI PAYLAŞIM - FOTO
Bakıda polis kapitanına HÜCUM - SAXLANILANLAR VAR
Siyavuş Novruzov Nəcməddin Sadıkovdan DANIŞDI
Polislər 3 nəfəri ölümdən xilas etdi
Daha bir AİLƏ FACİƏSİ: Güllə bu dəfə...
Gürcüstanda QAN DAVASI: azərbaycanlı ailə gülləbaran edildi…
Azərbaycanda daha bir QADIN CİNAYƏTİ - Evin yaxınlığında öldürdülər
Polisin öldürdüyü nişanlısı serjant imiş
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 