Prezident İlham Əliyevlə görüşdən sonra onun verdiyi tapşırıqların icrası istiqamətində işlərə başlamışıq. ONN media xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib. Onun sözlərinə görə, Prezidentin söylədiyi kimi gələn ilin sonuna qədər 7000-dən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq. R.Rzayev deyib ki, bu işlərin icrası üçün dövlət başçısı tərəfindən ayrılmış vəsaitin bir qismi Komitəyə verilib: "Vəsaitin qalan hissəsi gələn il veriləcək. Beləliklə də Komitə tərəfindən bütün tapşırıqlar yerinə yetirilmiş olacaq". Komitə sədri qeyd edib ki, hazırda Bakı şəhəri Qaradağ rayonunun Ümid qəsəbəsində əlavə 3 bina tikilir, Sabunçu rayonunun Ramana qəsəbəsində 1500-dən artıq ailə üçün qəsəbə tikilir: "Binəqədi rayonunun Xocasən qəsəbəsində 800 ailəlik yeni qəsəbə salınacaq. Bununla yanaşı, Sumqayıtda köçkünlər üçün bir qəsəbə tikilir, digərinin tikintisinə isə gələn ilin əvvəlində başlanılacaq. Bu ilin sonuna qədər 6000-ə qədər ailə köçürüləcək. Hazırda Komitə tərəfindən Bakı və rayonlarda 3700 ailəlik qəsəbə tikilir. Özəl sektorun da buna çox böyük töhfəsi var".
Məcburi köçkünlərə şad xəbər



Abşeronda məcburi köçkünlər üçün qəsəbə bu tarixdə hazır olacaq
Ümid qəsəbəsinə məcburi köçkünlərin köçürülməsi başlanıb
Məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə baş verdi
Azad olunan ərazilərə ilk onlar köçürüləcək - RƏSMİ
ƏƏSMN tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydası təsdiqləndi
"Qaçqınkom" məcburi köçkünləri məhkəməyə verdi
Bu il Kərkicahana ilk köç olacaq – Rəsmi
Məcburi köçkünlərə ŞAD XƏBƏR - Altı mindən çox...
Məcburi köçkünlərə yeni mənzillər verildi
DİQQƏT- Evdən çıxarıla bilərsiniz
Məcburi köçkünlərə ŞAD XƏBƏR
Ölkə başçısı: Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 