Digər vətəndaşlara məxsus şəxsi mənzilləri zəbt etmiş məcburi köçkünlər yeni evlərə köçürüləcəklər.
ONN media xəbər verir ki, bu barədə 2019-cu il dövlət büdcəsinin zərfində qeyd edilib.
Sənədə bildirilib ki, bu məsələ 2019-2022-ci illər üzrə qaçqınlar və məcburi köçkünlər üzrə dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.
Digər prioritetlər isə Bakı və Sumqayıt şəhərlərində qəzalı obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə mikrokreditlərin verilməsi olacaq.
Bununla yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayan məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi üçün layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Sənəddə həmçinin qeyd edilib ki, 2019-cu ilin dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılacaq vəsait artırılır.
Belə ki, gələn ilin dövlət büdcəsindən komitəyə 2 milyon 705 min 359 manat vəsaitin ayrılması planlaşdırılır. Bu da 2018-ci ildəki məbləğdən 516 min 281 manat çoxdur.
Qeyd edək ki, büdcə zərfinə daxil olan “2019-cu il dövlət büdcəsi haqqında”, ” 2019-cu il üçün yaşayış minimumu haqqında”, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.



Köçkünlərə ŞAD XƏBƏR- Yeni mənzillərlə təmin olunacaq
Ümid qəsəbəsinə məcburi köçkünlərin köçürülməsi başlanıb
Bakıda yataqxananın dam örtüyü çökdü - 17 MƏCBURİ KÖÇKÜN AİLƏSİ...
Məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə baş verdi
Məcburi köçkün ailələrinə yeni mənzillər verilir
Məcburi köçkünlərə ödənilən müavinət artırılacaq? – Komitədən AÇIQLAMA
Məcburi köçkünlər yataqxanadakı mənzillərini satışa çıxarıblar? - Rəsmi AÇIQLAMA
Məcburi Köçkünlər evlərindən çıxarılır?- AÇIQLAMA
"Qaçqınkom" məcburi köçkünləri məhkəməyə verdi
Cocuq Mərcanlıda YENİLİK
Məcburi köçkünlərə ŞAD XƏBƏR - Altı mindən çox...
Yataqxanalarda yaşayan bu şəxslərlə bağlı yeni təklif
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 