İstanbulun rəmzlərindən olan tarixi Eminönü balıqçı qayıqları “tarix”ə qovuşur.
ONN media xəbər verir ki, İstanbul Büyükşəhər Bələdiyyəsi ilə balıqçılar arasında 2007-ci ildə imzalanan 10 illik razılaşmanın vaxtı 2017-ci ildə bitib. Sonradan razılaşmanın hər il yenilənəcəyi barədə qərara qəbul edilib. Lakin oktyabr ayının əvvəlində İstanbul Büyükşəhər Bələdiyyəsi tərəfindən razılaşmanın yenilənməyəcəyi bildirilib. Bununla da İstanbulun Fatih rayonunda uzun illər fəaliyyət göstərən tarixi balıqçı qayıqlarının fəaliyyətinin dayandırılacağına qərara verilib.
Bununla bağlı qayıqlarda işləyən 150 balıqçı tərəfindən İstanbul 4-cü İdarə Məhkəməsinə müraciət olunub. Lakin məhkəmə bələdiyyənin xeyrinə qərar qəbul edib.
İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən qayıqların fəaliyyətinin dayandırılmasının bölgədə aparılacaq yenidənqurma işləri ilə əlaqədar olduğu bildirilir. Bununla bağlı bələdiyyə tərəfindən hazırlanan yeni layihənin, hələ ki, cəmiyyətə təqdim edilməməsi balıqçılarla yanaşı, əhali arasında da narahatçılığa səbəb olub.
Hazırda ölkənin bir çox bölgəsindən vətəndaşlar son dəfə “balık-ekmek” yemək üçün Eminönünə axın edir. İnsanlar təxminən 150 il burada fəaliyyət göstərən balıqçı qayıqlarının artıq türk mədəniyyətinin bir hissəsi olduğunu və bu ərazini qızarmış balıq qoxusu gəlmədən təsəvvür etməyin çətin olduğunu bildirirlər



İstanbulun sabiq bələdiyyə sədri vəfat etdi
Özoraldan Yıldırım-İmamoğlu debatına - Münasibət
İmamoğlu Ərdoğana səsləndi: “Sizinlə..."
Bu bələdiyyələrin adları dəyişdirildi
İstanbulda zəlzələ oldu
İstanbul üçün QORXUNC PROQNOZ: dəhşətli dalğa olacaq
İstanbul körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
Dünyanın ən stressli şəhərləri bunlardır - SİYAHI
İmamoğlu İstanbulun bələdiyyə sədri mandatını aldı
Bu tarixdən AZAL-ın İstanbul istiqamətində olan bütün reysləri yeni hava limanına həyata keçiriləcək
Hökməli bələdiyyəsi cəzalandırıldı - SƏBƏB?
İstanbul üçün şok təklif
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 