"Ermənistan baş nazirinin söylədiklərini onun öz əhalisini yanıltmaq cəhdi kimi xarakterizə etmək olar. Bunun başqa cür qiymətləndirilməsi mümkün deyil". ONN media xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş naziri Nikol Paşinyanın Milanda azərbaycanlı bloggerin sualına cavabını şərh edərkən bildirib. Onun sözlərinə görə, Nikol Paşinyan növbəti dəfə SSRİ Konstitusiyasına istinad edərək guya Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Konstitusiya ilə ayrılmaq hüququnun olduğunu iddia edir: "Öz tərəfimizdən növbəti dəfə xatırladırıq ki, SSRİ Konstitusiyasının 78-ci Maddəsinə əsasən, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Eyni zamanda erməni millətçilərinin DQMV-nin Azərbaycan SSR-dən ayrılmasına yönəlmiş qanunsuz hərəkətləri ilə əlaqədar SSRİ ali qurumları öz qərarlarında mövcud sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyünü birmənalı şəkildə təsdiq etmişdi. Misal üçün, 1990-cı il 10 yanvar tarixində SSRİ Ali Sovetinin Prezidiumunun qəbul etdiyi və Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrılması cəhdlərinin qanunsuz olduğunu vurğulayan “Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağa dair 1 dekabr 1989-cu il və 9 yanvar 1990-cı il tarixli qərarlarının SSRİ Konstitusiyasına uyğun olmaması barədə” qərarı. Bu mövqe eynilə SSRİ Dövlət Şurasının 27 noyabr 1991-ci il qərarı və növbəti gün SSRİ Konstitusiya Nəzarət Komitəsinin qəbul etdiyi qərarda da öz əksini tapdı. DQMV ermənilərinin birtərəfli qaydada ayrılmasının sovet qanunlarına zidd olduğu bir halda, baş nazirin bunu SSRİ Konstitusiyası ilə əsaslandırmaq cəhdləri öz əhalisini yanıltmaq deyil bəs nədir? Nikol Paşinyan DQMV yerli şurasının öz müqəddəratını müəyyən etmək hüququndan istifadə etdiyini qeyd edir, lakin baş nazir Dağlıq Qarabağda 1991-ci il dekabrın 10-da separatçıların keçirdiyi “müstəqillik referendumunun” muxtar vilayətin hüquqi baxımdan tərkib hissəsini təşkil etdiyi Azərbaycanın razılığı olmadan və bu bölgənin azərbaycanlı əhalisinin iştirakı olmadan keçirildiyini söyləmir". "Xocalı soyqırımını təkzib edərək bunu yalan adlandıran baş nazir demək Ermənistandan da daxil olmaqla çoxsaylı müstəqil mənbələr, yerli və beynəlxalq kütləvi informasiya vasitələri və bu faciənin şahidlərinin ifadələrini yalan hesab edir. Görünür, öz müqəssirliyini utanmadan etiraf edən Ermənistanın o dövrdəki müdafiə naziri və keçmiş prezidenti Serj Sarkisyan xarici jurnalistə müsahibəsində dediyi “Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq” ifadələrdən də Nikol Paşinyanın xəbəri yoxdur. Maraqlıdır, öz sələflərindən fərqli olaraq Nikol Paşinyan beynəlxalq ictimaiyyət qarşısında özünü demokratik dəyərlərin tərəfdarı kimi təqdim edir. Belə olduğu halda, bunu təsdiq etməli və Azərbaycanın ərazilərinin işğalına son qoymalıdır ki, insanlar öz doğma torpaqlarına geri qayıtsınlar", - deyə L.Abdullayeva qeyd edib.
XİN-dən Paşinyana CAVAB


Azərbaycan XİN: “Əgər o xalqını barmağına dolamaq istəyirsə...”
Azərbaycan XİN Paşinyana CAVAB VERDİ
XİN Paşinyana şeirlə cavab verdi
Politoloq: "Bu iddialar sərsəm fikirlərdir"
Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına CAVAB VERDİ
Azərbaycan XİN-dən Ermənistana CAVAB
Azərbaycan XİN-dən Paşinyana CAVAB
Azərbaycan XİN-dən Ermənistanın bu bəyanatına cavab
XİN-dən Paşinyana - ETİRAZ
Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da... - Politoloq
XİN-dən Paşinyanın çıxışına cavab
XİN-dən Paşinyanın bəyanatına REAKSİYA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 